Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-152/2024 04.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Şəki rayonu, Qaratorpaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Qaratorpaq kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 09 dekabr 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını daşıma səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PB-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirdi ki, Şəxs 09 dekabr 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə olmadan 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ” modelli, “F32285” nömrəli, xarici çaxmaqlı, yivsiz, təklülə ov tüfəngini qanunsuz özündə saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun barəsində 13 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 590.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həqiqətən də protokolda qeyd olunan ov tüfəngi ona məxsusdur. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17/861 nömrəli, 22 dekabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ” modelli, “F32285” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdiryivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş "silahın atəşə yararlı olubolmaması və yararlılığı müəyyən edilsin" suallarını cavablandırmaq mümkün olmamışdır. -Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondur, istifadəyə (atəşə) yararlıdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ülvi Nəzərlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, HK-1/341 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında verdiyi izahatı, Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ” modelli, “F32285” nömrəli, xarici çaxmaqlı, yivsiz, təklülə ov tüfəngi və 01 (bir) ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patron dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-152/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-152/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver