Məhkəmə qərarları › İş №3(075)-153/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-153/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-153/2024 17.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərar qəbul edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Muhammad Asif tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Muhammad Asif şikayət ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli X8 Məcəlləsinin 192.1-ci maddəsinin törədilməsinə görə 4000 manat cərimə edilmişdir. Bu qərar ona xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Qərardan xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. xx.xx.2023cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə şikayət geri qaytarılmışdır ki, aidiyyət düz deyil. Qərarı alan kimi əlavə sənədlər də təqdim edilməklə bir daha şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə bir daha geri qaytarılmışdır. Bu qərarı alan kimi, xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müddət ötdüyünə görə geri qaytarılmışdır. Hesab edir ki, müddəti ötürməmişdir. Həmin qərar 3-4 gün əvvəl kabinetə yüklənmişdir. Məsələ ilə bağlı bildirir ki, o heç bir inzibati xəta törətməmişdir. Məmmədov Namiqin VÖEN-i var (**********), vergi ödəyicisidir. Onunla qanunauyğun şəkildə xx.xx.2023-cü il tarixli Xidmət Müqaviləsi bağlanıb, xidmət dairəsi dəqiqliklə həmin Müqavilənin əlavə protokolunda göstərilib, xidmətin hissə-hissə təhvilqəbuluna dair Aktlar rəsmiləşdirilib, N.Məmmədov rəhbərlik etdiyi Euroline QSC-yə eqaimə göndərib, həmin e-qaimələr təsdiqlənərək ona ödənişlər edilib. Ödənişlər hər ay eyni məbləğ olmayıb, Müqavilə bağlanarkən avans ödənib, sonra isə xidmətin təhvil verilməsindən asılı olaraq ödənişlər olunub. DƏM-in məhkəməyə təqdim etdiyi N.Məmmədovun bank çıxarışından görünür ki, həmin vergi ödəyicisi onların təşkilatından savayı ən azı digər 3 təşkilatla da eyni qadada xidmət müqaviləsi üzrə münasibətlərdədir. N.Məmmədov xidmət göstərərkən iş alətlərini və materialları özü əldə etmişdir. Eyni Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Muhammad Asif məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Muhammed Asifin vəkili X10 izahat verərək göstərmişdir ki, X1 ilə "xxxx" QSC arasında 01 aprel 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşın xidmət müqaviləsi ilə işləməsinə icazə verilir. Əmək Məcəlləsinin tələbləri də pozulmamışdır. X4 "xxxx" QSC-dən başqa digər şirkətlərlə də müqaviləsi vardır. Həmin şirkətlərlə də, işləmişdir. İnzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib olunmuşdur. İş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Muhammad Asif barəsində tərtib olunmuş MN ******* nömrəli 16 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X1nun əmək müqaviləsi hqquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu aşkar edilmişdir. Muhammed Asif İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə edilmişdir. - X4 26 oktyabr 2023-cü il tarixli izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" QSC-də usta işləmişdir. Əsas tələbi son haqq hesablarının ödənilməsinə köməklik göstərilməsidir. - 01 aprel 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, "xxxx" QSC ilə X6 arasında müqavilə müddəti ərzində “Sifarişçinin” tələbinə uyğun xidmət göstərməsinə, həmçinin “Sifarişçinin” görülən işləri qəbul edib müəyyən olunmuş xidmət haqqını “xidmət göstərənə” ödəməsinə dair müqavilə bağlanmışdır. - Qiymətlərin razılaşdırılması haqqında 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X6 və "xxxx" QSC keromaqranit yapışdırmanı 14 manat, keromaqranit yapışdırmanı (yamac) 5 manat, kompozit paneli 20 manat, alkopan 11 manat, keromaqranit mexaniki sistem 21 manat, keromaqranit mexaniki sistem 10,50 manat, fasad boyası 6 manat, metal lövhəli üzləməni 11 manat, metal lövhəli üzləməni 22 manat və şüşə cəbhə vitrajı 21 manat məbləğə hazırlamağı razılaşmışlar. - 18 may 2023-cü il tarixli görülmüş işlərin qəbul aktından görünür ki, X6 tərəfindən "xxxx" QSC-də görmüş olduğu işlərin xidmət haqqı kremaqranit mexaniki sistemə görə 5250 manat, kremaqranit mexaniki sistemə görə 1650 manat və ayaqaltı lesa 108 ədəd dirəyə görə 540 manat təşkil edir. - 31 may 2023-cü il tarixli görülmüş işlərin qəbul aktından görünür ki, X6 tərəfindən "xxxx" QSC-də görmüş olduğu işlərin xidmət haqqı 1 nömrəli binada xarici divarlara keramoqranit mexaniki üsulla vurulmasına görə 1764 manat, 1 nömrəli binada xarici divarlara keramoqranit mexaniki üsulla vurulmasına görə 2310 manat təşkil edir. - 12 aprel 2023-cü il tarixli, BD9 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X5 5000 manat məbləğdə ödəniş edilmişdir. - 02 iyun 2023-cü il tarixli, BD9 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X5 4924 manat məbləğdə ödəniş edilmişdir. - 16 iyun 2023-cü il tarixli, BD4 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X5 2500 manat məbləğdə ödəniş edilmişdir. - 21 iyun 2023-cü il tarixli, BD15 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X5 1000 manat məbləğdə ödəniş edilmişdir. - 23 may 2023-cü il tarixli, BD3 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən X5 1000 manat məbləğdə ödəniş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 müraciətinə dair müraciət vərəqəsində qeyd edilmişdir ki, vətəndaş "xxxx" QSC ilə bağlanmış xidməti müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini bildirir, müraciət etməkdə məqsəd müəssisənin onunla müqavilə bağlamaq hüququnun olub-olmamasının araşdırılmasıdır. Vətəndaş bağlanmış müqavilə əsasında keramik fasad üzləmə, kompozit fasad üzləmə, metal konstruksiya və s. kimi işləri yerinə yetirdiyini bildirmişdir. - X4 "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, X5 “Madoer LLC”, "xxxx"xxxx"xxxx" MMC tərəfindən də ödənişlər həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Əmək Müfəttişliyinə şikayət edərək son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmək Müfəttişliyi tərəfindən iş üzrə araşdırma aparılaraq "xxxx" QSC-nin rəhbəri Muhammed Asif tərəfindən X1nun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmışdır. Buna görə də hüquqi şəxs "xxxx" QSC-nin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 16 noyabr 2023-cü il tarixli qərar qəbul edilmiş və sonuncu 4000 manat məbləğində inzibati cərimə edilmişdir. X1 fərdi sahibkar kimi hüquqi şəxs "xxxx" QSC ilə xidmət müqaviləsi bağlamışdır və o, şirkətə xidmət göstərərək xidmət haqqı alır. Xidmət müqaviləsi onun müqavilə müddəti ərzində “Sifarişçinin” tələbinə uyğun xidmət göstərməsi ilə bağlıdır. Xidmət müqaviləsinə əsasən X6 “Sifarişçinin” tələbinə uyğun xidmət göstərir və şirkət tərəfindən xidmət haqqı alır. Həmçinin müqavilənin 4-cü bəndinə əsasən xidmətlərin ödənilməsi qaydaları müəyyən edilmişdir. İş materialların olan bank hesabından çıxarışdan da görünür ki, "xxxx" QSC tərəfindən xidmət müqaviləsinə əsasən görülən işlər müqabilində X5 həyata keçirilmiş ödənişlər eyni qaydada deyil, fərqli tarixlərd və fərqli məbləğlərdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Muhammed Asif barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən X4 görmüş olduğu işlər qarşılığında əmək haqqı alıb-almaması və hansı müqaviləyə əsasən, hansı şərtlərlə alması araşdırılmamışdır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin tələblərinə əsasən fərdi sahibkarla müəssisə arasında müqavilə, yəni xidmət müqaviləsinə əsasən işlərin görülməsinə yol verilir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi hüquqi şəxs "xxxx" QSC-də yoxlama aparılarkən, eləcə də inzibati xəta haqqında protokol tərtib olunarkən qeyd edilən hüquqi şəxs tərəfindən X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Muhammad Asifin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 16 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Muhammad Asifin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 16 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar