Məhkəmə qərarları › İş №3(075)-153/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-153/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-153/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4, Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ilə məhkəməyə müraciət edərək, Şəki Rayonu Yol Patrul Xidmətinin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, TP7085759 nömrəli inzibati təhbeh vermə haqqında qərarının ləğv edilməsi, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Şəki rayon Post-Patrul Xidmətinin inspektoru, Polis baş serjantı X5 tərəfindən TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarı səhv tətbiq edilmişdir. Belə ki, 20 Yanvar küçəsi və Aydın Məmmədov küçələrinin kəsişməsində Aydın Məmmədov küçəsindən gələn LADA-09 markalı avtonəqliyyat vasitəsi 20 Yanvar küçəsinə dönmə işarəsini yandıraraq həmin küçəyə dönmə manevri etməyərək dördyol ayrıcına tam daxil olub və əli ilə düz getdiyini işarə edərək qəza şəraiti yaratmışdır. Həmçinin əli ilə ona 20 küçəsinə öz yoluna davam etməyi işarə etdi. Həmin zaman onun nəqliyyat vasitəsinin arasında avtomobillər var idi. Onun arxasındakı avtomobillər də 20 Yanvar küçəsinə dönərək yollarını davam edirdilər. Bu hadisə 20 Yanvar küçəsinə gələn YPX xidməti avtomobilləri kamerası ilə çəkilmişdir. Hadisənin gedişatında xəbərdar olmadan, kameranın görüntüsünə uyğun 327.2 maddəsi ilə İXP ******* nömrəli protokolu tərtib etmişdilər. O, polis baş serjantı X3 hadisə ilə bağlı aydınlıq gətirməsinə baxmayaraq, bu kimi məsələləri məhkəmənin həll etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X6 şikayətə etiraz edərək bildirdi ki, X8 idarə etdiyi “Daimler Chrysler” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə 4 yol ayrıcından keçən zaman qarşıdan gələn avtomobillərə yol verməyərək yol hərəkət qaydalarını pozmuşdur. Buna görə də onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, ilə inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan CD diskdəki video görüntüdən görünür ki, X8 idarə etdiyi “Daimler Chrysler” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və həmin video görüntüdən görünür ki, X8 idarə etdiyi “Daimler Chrysler” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yolayrıcını keçmə qaydalarını pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 idarə etdiyi “Daimler Chrysler” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yolayrıcını keçmə qaydalarını pozmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan xətanı törətməsi video görüntü ilə müəyyən olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X7 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar