Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-154/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacı-X1 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib olunmuş 05 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 mart 2025-ci il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxs polis şöbəsinin inzibati binasının nəzarət buraxılış məntəqəsinin qarşısında dayandığı zaman “nə üçün məni bura əsassız yerə görə dəvət etmisiniz” ifadəsini işlədərək ucadan səs-küy salmağa; ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Nəzarət buraxılış məntəqəsində olan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da o, öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs tərəflərindən polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında həmin şəxslə söhbət aparılarkən o, yenə də ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama və ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa, polis şöbəsinin iş rejimini pozmamağa dəvət etsələr də o, məhəl qoymayaraq daha da aqressiv hərəkətlər etməyə başlamış, ucadan nalayiq ifadələr işlədərək öz əməllərinə haqq qazandırmağa çalışmışdır. Onlar həmin şəxsi polisin qanuni tələblərinə tabe olmağa, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni əmr və göstərişlərinə qəsdən tabe olmamış və aqressiv hərəkətlər etmişdir. Bu səbəbdən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:00 radələrində istifadəsində olan mobil telefona zəng gəlmiş, özünü Şəki ŞRPŞ-nin əməkdaşı kimi təqdim edən şəxs onu polis şöbəsinə dəvət etmişdir. O, Şəki ŞRPŞ-yə yaxınlaşmış, şöbənin giriş qapısında, nəzarət buraxılış məntəqəsində dayanan polis əməkdaşlarına yaxınlaşaraq polis şöbəsinə çağırıldığını bildirmişdir. Polis əməkdaşı ona bir qədər gözləməsini bildirmişdir. O, bir qədər gözləmiş, özündən asılı olmayaraq əsəbiləşərək ucadan, ünvasız, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq yol verdiyi qayda pozuntusunu izah etmiş, ictimai qaydalara əməl etməsini bildirmişdir. O, polis əməkdaşına “gedin işinizlə məşğul olun, məni hansı əsasla Polis Şöbəsinə çağırmısız” demiş və hərəkətlərini aqressiv şəkildə davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu sakitləşdirib, şöbənin inzibati binasına aparmışlar. O, polis şöbəsinin inzibati binasında olduğu müddətdə “məni hansı əsasla polis şöbəsinə çağırmısınız” demiş və ucadan səs küy salmışdır. Əməlindən peşmandır. Gələcəkdə bu cür əməllərə yol verməyəcəkdir. Ailəlidir, yeni ailə qurmuş, himayəsində yaşlı atası, xəstə anası vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 oğlu məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X8 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:10 radələrində Şəki ŞRPŞ-nin nəzarət-buraxılış məntəqəsində xidmətdə olduqları zaman, bir nəfər şəxs polis şöbəsinin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşmış, polis şöbəsinə çağırıldığını bildirmişdir. Polis şöbəsinin nəzarət-buraxılış məntəqəsində gətirilmiş şəxslərin qeydiyyatı kitabında həmin şəxsin məlumatlarını qeyd edən zaman həmin şəxs onlara qarşı kobudluq edərək, əsassız yerə səs-küy salaraq, “məni nə üçün bura dəvət etmisiniz” ifadəsini işlədərək, onların və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Onlar həmin şəxsi sakitləşdirməyə, qanunlara hörmətlə yanaşmağa, polis şöbəsinin iş fəaliyyətini pozmamağa dəvət etsələr də onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini qərəzli formada davam etdirmişdir. Daha sonra həmin şəxsin adının sonradan Şəxs olması məlum olmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 digər şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 17:15-də tutulmuşdur. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 05 mart 2025-ci il saat 17:15-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-154/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-154/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver