Məhkəmə qərarları › İş №3(075)-155/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-155/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-155/2024 26.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə baxaraq MÜƏYYƏN ETDİM : Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki ŞRPŞ-də tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 23 fevral 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. 26 fevral 2024-cü il tarixdə Şəki ŞRPŞ məhkəməyə yazılı ərizə ünvanlayaraq, Şəxs barəsində İXM-in 333.1-ci maddəsinə əsasən tərtib olunmuş İXP-6044039 nömrəli inzibati xəta haqqında protokolun və toplanmış materialın geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsində İnzibati xəta haqqında işə baxılarkən işdə iştirak edən şəxslərin dairəsi göstərilsə də, inzibati xəta haqqında protokol tərtib etmiş olan şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları və Şəki ŞRPŞ tərəfindən təqdim olunmuş ərizəni nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol Şəki ŞRPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar