Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-155/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs – Şəki rayonu YNH baş inspektoru, polis baş serjantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nofər oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-ci ildə Oğuz rayonu Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Oğuz rayonu Şirvanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2101 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri İbrahim Mustafayev küçəsi istiqamətində hərəkətdə olan zaman İXM-in 327.1, 327.2 və 332.4-cü maddələrinin tələblərini pozaraq yol ayrıcında Mikayıl Cəbrayılov küçəsindən gələn “Ford yük” markalı “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X7 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2101 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri İbrahim Mustafayev küçəsi istiqamətində hərəkətdə olan zaman İXM-in 327.1, 327.2 və 332.4-cü maddələrinin tələblərini pozaraq yol ayrıcında Mikayıl Cəbrayılov küçəsindən gələn “Ford yük” markalı “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsinə çırpılaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə **-BS-*** dövlət qeydiyyatı nişanlı Ford yük markalı avtomobilin sahibi X3 400 manat maddi zərər vurmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 327.1, 327.2 və 332.4-cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, sürücülük hüququ yoxdur. Hadisə vaxtı Şəki şəhəri İbrahim Mustafayev küçəsi istiqamətində hərəkət edərkən yol ayrıcında Mikayıl Cəbrayılov küçəsindən gələn “Ford yük” markalı “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücülük hüququ olmadan avtomobil idarə etməsinə və yol-nəqliyyat hadisəsi törətməsinə görə peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasında izahat verərək yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq erdilmiş; AD-013842 seriyalı nəqliyyat vasitəsinin şəhadətnamənin surətindən görünür ki, **- BD-*** qeydiyyat nişanlı Vaz 2101 minik markalı avtomobilin sahibi X1r. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **-BS-*** dövlət qeydiyyat nişanlı Ford yük markalı avtomobilə ümumilikdə 400 manat zərər dəymişdir. xx.xx.2025-ci il tarixli 241 nömrəli narkoloji aktın rəyindən görünür ki Şəxs hadisə vaxtı ayıq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi yedəyə alma, yükdaşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalaının pozulmasına, səkilərlə və “yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuni ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edildi ki, Şəxs sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə Şəki şəhəri İbrahim Mustafayev küçəsi istiqamətində hərəkət edərkən yol ayrıcında Mikayıl Cəbrayılov küçəsindən gələn “Ford yük” markalı “**-BS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 maddi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 327.1, 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurmalı və ya sağlamlığına yüngül zərər vurmalıdır. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını (İXM 32.1.1) onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-155/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-155/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver