Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-156/2022 29.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, Şəki İncəsənət Məktəbində müəllim işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs 28 mart 2022-ci il tarixdə, saat 23:55 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsədən tabe olmamışdır. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 28.03.2022-ci tarixdə, saat təxminən 23:35 radələrində DYPBnin YPX inspektorları polis baş leytenantı X5 və polis serjantları Nuran Cavadlı, Mətləb İsayev ilə birlikdə YPX-nin “Kia” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilində xidmətdə olduqları zaman şəhərin S.Mümtaz küçəsində “Ford” markalı OR-335-XN dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etməsini aşkar etmişlər. Onlar həmin şəxsə sərxoş vəziyyətdə avtomobil idarə etməməsini izah etdikdə vətəndaş ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamış və polis əməkdaşlarına heç bir sənədlərini təqdim etməmişdir. Polis əməkdaşları həmin sürücünü nizam-intizama dəvət etslər də onlara məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin sürücü polis şöbəsinə gətirilmiş, polis şöbəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Polis şöbəsində sürücünü alkolestir müayinəsindən yoxladıqda, onda orta dərəcə sərxoşluq müəyyən olunmuşdur. Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ali təhsillidir, 13 ildr ki, Şəki İncəsənət Məktəbində müəllim işləyir. Göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə dostları ilə Şəki şəhərində toyda olmuş, toyda yeyib içmiş və sərxoş olmuşdur. Həmin gün saat təxminən 23:30 radələrində toydan çıxmış və özünə məxsus OR-335-XN dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Şəki şəhəri, S.Mümtaz küçəsi ərazisində Şəki DYPB-nin YPX inspektorları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq içkili olubolmamasını soruşmüş, o isə cavabında əvvəlcə içkili olmadığını demişdir. Lakin sonradan polis əməkdaşlarına içki qəbul etməsini və sərxoş olmasını bildirmişdir. Polis əməkdaşları onun sərxoşluğunu alkotestrlə müəyyən etmək istəyərkən polis əməkdaşlarına alkotestrin sertifikatının olub-olmamasını soruşmüşdür. Həmçinin həmin anda polis əməkdaşlarına barəsində protokol yazmamalarını xahiş etmişdir. Lakin bir müddət sonra avtomobilindən kənarlaşdırılaraq YPX avtomobilinə mindirilmişdir. Bundan sonra onu bölməyə aparmışlar. Həmçinin onun avtomobilini də YPX əməkdaşı idarə edərək bölmənin həyətinə gətirmişdir. Orada polis əməkdaşlarına demişdir ki, sərxoş olsa da avtomobilini maşında olan ayıq dostu idarə etmişdir. Bu xüsusatları Polis Bölməsində yazmış olduğu izahatında da qeyd etmişdir. Bildirmişdir ki, polislərin dediyi kimi onların göstərişinə tabesizlik göstərmə kimi hallara yol verməmişdir. Ola bilsin ki, sərxoş olduğundan yüksək səslə danışmışdır. Lakin polislərə və ya ünvansız söyüşlər söyməmiş, hay-küy salmamışdır. Göstərmişdir ki, həmin anda polislərlə səmimi davranmadığına görə peşmandır, buna görə də özünü günahkar hesab edir. Lakin Polislərə qarşı kobud davranmamışdır. Əməlindən peşman olduğunu bildirmiş, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində DYPB-nin YPX inspektorları polis leytanıntı Əliyev Səbuhi və polis serjantı İsayev Mətləblə birlikdə YPX-nin “Kia” markalı **- YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilində xidmətdə olduqları zaman Şəki şəhəri, S.Mümtaz küçəsində ərazisində “Ford Fusion” markalı OR-335-XN dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı adı sonradan məlum olan sürücü X1 vəziyyətdə olduğu məlum olmuşdur. Buna görə də sürücü və avtomobili DYP-nin duracağına gətirilmişdir. Sürücüdən içkili olub-olmamasını soruşmüş, o isə cavabında əvvəlcə içkili olmadığını demişdir. Lakin sonradan içki qəbul etməsini və sərxoş olmasını bildirmişdir. Onun sərxoşluğunu alkotestrlə müəyyən etmək istəyərkən alkotestrin sertifikatının olub-olmamasını soruşmüşdür. Ona əgər istəmirsə qan müəyinəsi üçün həkimə getməyini təklif etmişlər. Lakin sürücü həkim müəyinəsindən keçməyi imtina etmiş və alkotestr müayinəsindən keçməyə razı olmuşdur. Sürücü bölmənin həyətində özünü qeyri-səmimi aparmış, avtomobilinin kim tərəfindən sürülərək gətirldiyini demiş, maşınında xeyli miqdarda pulunun olduğunu, indi isə yoxa çıxdığını demiş, həmçinin gah-sərxoş olduğunu gah da sərxoş olmadığını bildirmiş, həmçinin gah avtomobili özü idarə etməsini gah da dostu tərəfindən idarə etməsini bildirməklə onlarla yersiz mübahisə etmiş, onları ələ salmış, ona irad tutduqda isə yüksək səslə kobud şəkildə nalayiq ifadələr işlədərək DYP-nin inzibati binasının həyətində yüksək səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində DYPB-nin YPX inspektorları Nuran Cavadlı və Əliyev Səbuhi ilə birlikdə YPX-nin “Kia” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilində xidmətdə olduqları zaman Şəki şəhəri, S.Mümtaz küçəsində ərazisində “Ford Fusion” markalı OR-335-XN dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin sürücünün sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Buna görə də sürücünü idarəetmədən kənarlaşdırmış və onu və avtomobilini Şəki DYPB-nin həyətinə gətirmişlər. Həmin vaxt sürücü özünü qeyri-səmimi aparmış, avtomobilinin kim tərəfindən sürülərək gətirldiyini demiş, maşınında xeyli miqdarda pulunun olduğunu, indi isə yoxa çıxdığını demiş, həmçinin gah-sərxoş olduğunu gah da sərxoş olmadığını bildirmiş, həmçinin gah avtomobili özü idarə etməsini gah da dostu tərəfindən idarə etməsini bildirməklə onlarla yersiz mübahisə etmiş, onları ələ salmış, ona irad tutduqda isə yüksək səslə kobud şəkildə nalayiq ifadələr işlədərək DYP-nin inzibati binasının həyətində yüksək səs-küy salmışdır və heç bir sənədini onlara təqdim etməmişdir. Onlar sürücünü nizam-iltizama dəvət etsələr də heç bir məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs tərəflərindən polis şöbəsinə gətirilmiş və polis şöbəsində onun ünvan 3 ünvanında yaşayan Şəxs olması müəyyən olunmuşdur. Polis şöbəsində sürücü alkotesir müayinəsindən yoxlanıldıqda onun orta dərəcəli sərxoş olması müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, polis əməkdaşları ondan içkili olub-olmamasını soruşmüş, o isə cavabında əvvəlcə içkili olmadığını, lakin sonradan içki qəbul etməsini və sərxoş olmasını bildirmiş, sərxoşluğunu alkotestrlə müəyyən etmək istəyərkən alkotestrin sertifikatının olub-olmamasını soruşmüş, həkim müəyinəsindən keçməyi imtina etmiş və alkotestr müayinəsindən keçməyə razı olmuş, bölmənin həyətində özünü qeyri-səmimi aparmış, avtomobilinin kim tərəfindən sürülərək gətirldiyini demiş, maşınında xeyli miqdarda pulunun olduğunu, indi isə yoxa çıxdığını qeyd etmiş, həmçinin gah-sərxoş olduğunu gah da sərxoş olmadığını bildirmiş, həmçinin gah avtomobili özü idarə etməsini gah da dostu tərəfindən idarə etməsini bildirməklə polis əməkdaşları ilə yersiz mübahisə etməklə bir növ onları ələ salmaqdan ibarət ictimai qaydanı pozmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda, işə əlavə edilmiş “CD” diskdə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-156/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-156/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver