Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-156/2024 12.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2023-cü il tarixində Bakı Şamaxı yolunun 13.5 km-də lll tağım YPX inspektoru polis serjantı X4 tərəfindən ona İXM-nin 342.6-cı maddəsi ilə tərtib olunan İXP ******* saylı protokolun və 21 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İİİ X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İİİ X11 Xidmətinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, 21 dekabr 2023-cü il tarixində idarə etdiyi Dövlət nömrə nişanı **-CC-*** olan “Opel Astra” markalı avtomobillə Bakı Şamaxı yolunun 13.5 km-də hərəkətdə olarkən özünü təqdim etməyən polis formasında olan **-YP-*** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs saxladaraq mənim mobil telefonla danışdığımı bildirərək cərimə tətbiq etmək üçün sənədlərimi təqdim etməsini istəmişdir. Dəfələrlə özünü təqdim etməsini, həmkinin dövlət tərəfindən videoçəkiliş etmək üçün verilmiş olduğu kameranı qoşaraq çəkiliş əsnasında bütün hərəkətləri etməsini xahiş etsə də, heç birini etməmişdir. Ona inzibati xəta haqqında protokol tərtib edildikdə dərhal DİNnin 102 xidmətinə zəng edilərək Polis əməkdaşının qanunsuz əməlləri ilə bağlı məlumat vermişdir. Lakin bu günədək maraqlanan olmamışdır. Bundan sonra elə həmin gün DİNnin elektron səhifəsinə daxil olaraq elektron qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. 10 yanvar 2024-cü il tarixində onun elektron poçt ünvanına YPX alayının komandiri vəzifəsini müvəqqəti icra edən Eyvaz Şahverdiyev adlı polis əməkdaşı tərəfindən elektron məktub daxil olmuş, həmin məktubda bildirilmişdir ki, guya onunla mobil telefon vasitəsi ilə əlaqə yaratmaq istəmişlər və buna nail olmamışlar. Həmkinin məktubda qeyd edilmişdir ki, onun telefonla danışması kamera vasitəsi ilə subuta yetmişdir. Birincisi telefon vasitəsi ilə vətəndaşı hüquq mühafizə orqanlarına şikayətlə bağlı dəvət edilmir və bu qanuna müvafiq şəkildə ərizəni araşdırılması üçün çağırış vərəqəsi verilir. İkincisi əgər onun kamera vasitəsi ilə telefonla danışması sübuta yetmişdirsə, hansı səbəbdən elektron poçt ünvanına göndərmiş olduğu cavab məktubunda göndərilməmişdir? Elektron poçtuna şikayət ərizəsinin nəticəsi ilə razılaşmadığı üçün yenidən DİN-nin elektron səhifəsindən 2ci dəfə həmin məsələ ilə bağlı müraciət etsə də, bu günə dək heç bir nəticəsi olmamışdır. Odur ki, barəsində İXM-nin 342.6-cı maddəsi ilə tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 21 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 İXM-nin 342.6-cı maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 21 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğdə inzibati cərimə edilmişdir. İşdə olan CD diskdəki videogörüntüdən görünür ki, X2 **-CC-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşı ilə danışıq zamanı polis inspektoru ərizəçiyə sual olaraq avtomobil idarə edən zaman əlində telefon saxladığını, telefonla danışdığını soruşmuş, ərizəçi polis əməkdaşına etiraz etdiyini bildirmişdir. CD diskdəki görüntülərdə ərizəçinin nəqliyyat vasitəsi idarə edərkənmobil telefonla danışması görünməmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və qismən təmin edilərək 21 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi X7 İXM-nin 342.6-cı maddəsində göstərilən inzibati xətanı törədilməsi ehtimal edildiyinə görə 50 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlar-fotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. İnzibati orqan tərəfindən X5 qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı CD disk göndərilmiş, məhkəmə araşdırması zamanı həmin CD diskə baxış keçirilmişdir. X3 tərəfindən nəqliyyat vasitəsini idarə edən zaman onun telefonu əldə saxlamaqla ondan istifadə etməsi videogörüntüdə əks olunmamışdır. Beləliklə də inzibati orqan tərəfindən X5 yol verdiyi qayda pozuntusunu əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X5 xeyrinə şərh edir. Göründüyü kimi X7 tərəfindən barəsində qəbul edilmiş 21 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda bəhs edilən inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair İİİ Tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş 21 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X7 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair İİİ Tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş 21 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-156/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-156/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver