Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-157/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, Şəxs Əlihüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair aidiyyatı üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ tərəfindən Şəxs Əlihüseyn oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmənin icraatına Bakı şəhər Yasamal rayon Məhkəməsindən daxil olmuş iş materiallarında olan Şəxs Əlihüseyn oğlunun barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs Əlihüseyn oğlu barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ-22558513 nömrəli inzibati xəta haqqında qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərar üzrə cəriməni ödəməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göründüyü kimi qanunvericilikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Şəxs Əlihüseyn oğlunun barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, hazırki inzibati xəta haqqında iş üzrə İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hal olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, “Asan.pay.az” rəsmi internet səhifəsindən çıxarılmış son ödəniş məlumatlarından görünür ki, EQ-22558513 nömrəli inzibati xəta haqqında qərar üzrə borclar (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlihüseyn oğlu barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ-22558513 nömrəli inzibati xəta haqqında qərar üzrə cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə Şəxs Əlihüseyn oğlu barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.1-ci maddələrinin tələblərini rəhbər tutub, QƏRARA ALİRAM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlihüseyn oğlunun barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-157/2025 12 mart 2025-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ-nə Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3 (075)-157/2025 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hörmətlə, Hakim: Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-157/2025 12 mart 2025-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Əlihüseyn oğluna ` (Şəki rayonu, Dərəcənnət kəndi) Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3 (075)-157/2025 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №3(075)-157/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-157/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver