Məhkəmə qərarları › İş №3(075)-16/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-16/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-16/2024 18.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X1 xx.xx.2023-cü il tarixli, EQ-18496460 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X9 tərəfindən Bakı-Qazax yolunun 312 km-də ona yazılmış EQ-18496460 saylı, 12 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında lektron qərarın ləğv edilməsi və barəsində olan həmin işin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ona məxsus olan Mercedes Vito markalı avtomobili ilə 12 dekabr 2023-cü il tarixində Şəki şəhərindən 3 (üç) nəfər ailəni Gəncə Beynəlxalq hava limanına aparmışdır. Həmin istiqamətdən geri qayıdarkən Bakı-Qazax yolunun 312 km-də, saat 10:44 radələrində şəxsən onun idarəçiliyində olan avtonəqliyyatına 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Səbəb isə avtonəqliyyatının sonuncu etibarnaməsi X2 adına yazılması olmuşdur. Həmin şəxsində sürücülük hüququna son 3 (üç) gün ərzində xitam verilmişdir. O da avtonəqliyyatını ondan almış, sürücülük hüququndan etibarnamə üzrə ləğv etməmişdir. Həmin gün avtonəqliyyatı özü idarə etdiyi zaman və həmin müşahidə kamerası tərəfindən maşını cərimə edildiyi zaman özü nəqliyyatının önündə olmuşdur. Videogörüntü zamanı şəxsən nəqliyyatını özü tərəfindən idarə olunması açıq aşkar görünə bilər. Hətta, hava limanına girərkən icazə talonunun alınması və həmin yeri tərk edərkən videomüşahidə kameralarına düşməyi qaçılmazdır. Həmin tarixdə “whatsapp” səs yazmaları və sərnişinlərlə yazışmaları şəxsi teleqramında qalmaqdadır. İş üzrə inzibati qərarı qəbul etmiş Şəki ŞRPŞ və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X9 İdarəsi və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası Baş X9 İdarəsinin nümayəndəsinin və X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ-18496460 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durması qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, EQ-18496460 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş dayanma qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ-18496460 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X3, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində xx.xx.2023-cü il tarixli, EQ-18496460 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X4 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 (qırx) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar