Məhkəmə qərarları › İş №3(075)-16/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-16/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-16/2025 30.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən X1, Qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2024cü il tarixində saat 09:50 radələrində Şəki şəhər-rayon yol patrul xidmətinin əməkdaşları tərəfindən içkili vəziyyətdə maşın sürmək adıyla saxlanılmışdır. Yolda saxlanılan zaman Nurlan adlı polis əməkdaşı heç bir əsas olmadan alkotestr yoxlanılmasından keçirilməyini tələb etmişdir. O, da alkotestrə üfürdükdə polis əməkdaşı içkili olmasını bildirildi. Etiraz etdiyindən onu Oğuz rayon Mərkəzi Xəstəxanasının həkimi müayinə etmiş, yenidən içkili olduğu ona bildirilmişdir. Lakin həmin vaxt sərxoş olmamışdır. O, uzun müddətdir ki spirtli içki qəbul etmədiyini bildirsə də polis əməkdaşları onun dediklərinə məhəl qoymamışdır. Hesab edir ki, o düzgün olaraq müayinədən keçirilməyib. Qanuni qərar qabul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsi X10 izahatında bildirdi ki, sürücü X7 xx.xx.2024-cü il tarixində saat 09:50 radələrində “VAZ 2106” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyindən saxlanılmışdır. X13 nə üçün təhlükəsizlik kəmərindən istifadə etmədiyi bildirilərkən onun danışıq zamanı nəsəfəsindən spirtli içki qoxusu gəldiyindən üzərlərində olan alkotestr vasitəsi ilə müayinədən keçirilərkən sərxoş olması müəyyən edilmişdir. Bunda sonra Taleh Cabbarov etiraz etdiyindən iki üç dəfə özlərində olan alkotestrlə yoxlanılmış hər dəfəsində içkili olması müəyyən edilmişdir. Belə olan halda X17 rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və həmin müayinə vaxtı da içkili olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 2106” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli 713 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki X5 müayinənin nəticəsinə əsasən 0.3 promil yəni yüngül dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X18in 22 yanvar 2025-ci il tarixli 18-1-64/2-69/2025 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Meterologiya İnstitutu X18 tərəfindən Ölçmə vasitələrinin yoxlanılması haqqında şahdətnamədən görünür ki, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X18ində ölçmə tipi A-25 olan Alkotester aparatı xx.xx.2024-cü ildə yoxlanılmış və növbəti yoxlamanın xx.xx.2025-ci ildə aparılması ilə istifadəyə yararlı olması ilə bağlı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, tərtib edilmiş qərara əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki onda müayinənin nəticəsinə əsasən 0.3 promil yəni yüngül dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. X3 tərəfindən müayinə zamanı da tərtib edilmiş müayinə aktında müayinənin nəticəsi ilə tanış edildiyini öz imzası ilə təsdiq etmiş, lakin müayinənin nəticəsindən narazı olması barədə heç bir qeyd aparmamışdır. O, məhkəmə icraatı zamanı həmin pozuntunu törətmədiyini bildirsə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından göstərilən hallar törətdiyi pozuntunu tam sübuta yetirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X4 şikayət ərizəsi iş materiallarında sənədlər ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, X7 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini də əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki rayonu Yol Patrul Xidmətinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar