Məhkəmə qərarları › İş №3(075)-160/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-160/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-160/2024 11.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonu, Qaratorpaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, Şəki rayonu, Qaratorpaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 19 fevral 2024-cü il tarixdə, saat 02:55 radələrində İXM-nin 329.3 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbləri pozulmuşdursa, o zaman səlahiyyətli orqan qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək bildirdi ki, 19 fevral 2024-cü il tarixdə, saat təxminən 02:55 radələrində Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman Şəxs idarə etdiyi, “Vaz 21074” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışdır. Avtomobilin sürücüsünün gözləri qırmızı olmuş, söhbət samanı spirtli içki qoxusu hiss olunmuşdur. Alkotesterlə yoxlama zamanı Şəxs spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu aşkar olunmuşdur. Daha sonra sürücü tibbi müayinəyə göndərilmiş, həkim yoxlaması nəticəsində Şəxs sərxoşluq aşkar olunmuşdur. Bundan sonra sürücünün idarə etdiyi “Vaz 21074” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil duracağa aparılmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslıdır. İstifadələrində olan alkotester altı aydan bir müvafiq qurumlar tərəfindən yoxlanılır. Protokolu müdafə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə idarə etdiyi “Vaz 21074” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki rayonu istiqamətində sərnişin daşıyan zaman avtomobilinə bir nəfər şəxs əyləşmişdir. Onlar bir qədər irəlilədikdən sonra həmin şəxs su içmək istədiyini bildirərək avtomobili ərzaq mağasızda saxlamasını bildirmişdir. Onlar ərzaq mağazasına çatdıqda həmin şəxs mağazadan iki ədəd dəmir qabda olan içki almışdır. Daha sonra onlar yollarına davam etmişlər. Avtomobilində olan sərnişin dəmir qutuda olan içkidən birini özü içmiş, digərini ona vermiş təkidlə içməsini bildirmişdir. O, həmin içkidən heç bir şübhə etmədən içmişdir. İçkidən bir az içdikdən sonra həmin içkinin tərkibində spirt olduğunu anlamışdır. Bildirmişdir ki, onlar bir qədər getdikdən sonra başqa bir minik avtomobil onun idarə etdiyi avtomobilə ötmə əməliyyatı edərək onun avtomobilini sıxışdırmağa başlamışdır. Buna görə də o, məcbur olub qırmızı işıqda avtomobili sürmüşdür. Bundan sonra YPX əməkdaşları onun avtomobilini saxlatmışlar. Polis əməkdaşı onun sərxoş olduğunu bildirərək alkotester vasitəsilə yoxlamışdır. Alkotester nəticəsində onun sərxoş olması göstərilmişdir. O, etiraz edərək həkim rəyinin alınmasını xahiş etmişdir. Bundan sonra onlar tibbi müayinədən keçməyə getmişlər. Hesab edir ki, hazırki iş qurma işdir. Barəsində tərtib olunmuş protokola etiraz edir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli Alcovisor Jupiter X müayinə nəticələrindən görünür ki, Şəxs 0.343% promil sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə 19 fevral 2024-cü il tarixli, 19/24 saylı protokoldan görünür ki, Şəxs danışıq zamanı dilinin topuq vurması, üzünün qızarması, kəskin alkoqol iyi gəlməsi səbəbindən tibbi müayinəyə göndərilmiş, idarə etdiyi “Vaz 21074” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil 6 saylı duracağa yerləşdirilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 fevral 2024cü il tarixli, 152 saylı aktdan görünür ki, Şəxs sərxoş olduğu aşkar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokola etiraz edərək spirtli içki içmədiyini, qərəzli olaraq inzibati məsuliyyətə cəlb edildiyini bildirsə də, nəqliyyat vasitəsini sərxoş olmadan idarə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içki qəbul etməsi alkotester nəticələri və sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktla müəyyən olunur. Məhkəmə alkotester göstəricilərinə şübhə ilə yanaşmaq üçün əsas görmür. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdikləri inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün olan əsassız, yalan xarakterli məlumatlardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar