Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-161/2024 11.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 avqust 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 21 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 21 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində İXM-nin 329.3 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 protokolu müdafiə edərək bildirdi ki, 21 fevral 2024cü il tarixdə, saat təxminən 00:30 radələrində Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman Şəxs idarə etdiyi, “Vaz 21063” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışdır. Avtomobilin sürücüsünün gözləri qırmızı olmuş, söhbət samanı spirtli içki qoxusu hiss olunmuşdur. Alkotesterlə yoxlama zamanı Şəxs spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu aşkar olunmuşdur. Daha sonra sürücü tibbi müayinəyə göndərilmiş, həkim yoxlaması nəticəsində Şəxs 0.643 promil sərxoşluq aşkar olunmuşdur. Bundan sonra sürücücnün idarə etdiyi “Vaz 21063” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil duracağa aparılmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslıdır. İstifadələrində olan alkotester altı aydan bir müvafiq qurumlar tərəfindən yoxlanılır. Protokolu müdafə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə idarə etdiyi, “Vaz 21063” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri ərazisində hərəkətdə olarkən Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onunla ünsiyyətdə olarkən onun sərxoş olmasından şübhələnmiş, alkotesterlə yoxlamışdır. Yoxlama zamanı onun yüngül dərəcəli sərxoş olması müəyyən olunmuşdur. Bildirmişdir ki, o, həmin günü bir bakal spirtsiz pivə içmişdir. Tərkibində spirt olmayan içki sərxoşluq yaratmır. Ancaq alkotesterin nəticələrində onun sərxoş olması göstərilmişdir. Hesab edir ki, alkoteter nəticələri doğru deyil. Alkotester nəticələrinə etiraz edir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Alcovisor Jupiter X müayinə nəticələrindən görünür ki, Şəxs 0.643% promil sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə 21 fevral 2024-cü il tarixli, 21/02 saylı protokoldan görünür ki, Şəxs ağzından kəskin alkoqol iyi gəlməsi, gözlərinin qızarması səbəbindən tibbi müayinəyə göndərilmiş, idarə etdiyi “Vaz 21063” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil 6 saylı duracağa yerləşdirilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 21 fevral 2024-cü il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “Vaz 21063” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanması üçün duracağa qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtsiz içki içdiyini alkoteter nəticələrinə etiraz etdiyini bildirsə də, nəqliyyat vasitəsini sərxoş olmadan idarə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içki qəbul etməsi alkotester nəticələri ilə müəyyən olunur. Məhkəmə alkotester göstəricilərinə şübhə ilə yanaşmaq üçün əsas görmür. Ona görə də məhkəmə hesab edir ki, iş materiallarında olan alkotester nəticələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 0.643% promil sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-161/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-161/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver