Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-163/2024 27.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Pərviz oğlunun, X6 Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Qaraçuxur qəsəbəsində ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 27 fevral 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2024cü il Şəki şəhəri Zaqatala Rayon Məhkəməsinin 2(033)-862/2019 nömrəli, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 05 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat aliment cacabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2019-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədi borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də onda sonra keçən uzun müddət ərzində tələbin icrası təmin edilməmiş, aliment vaxtında ödənilməmiş, borclunun təqdim etdiyi ödəniş sənədləri üzrə ödənilən aliment hesablanmış bugünə 2210 manat aliment borcunun olduğu müəyyən edilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu əvvəl də yaranmış 2338 manat aliment borcunu vaxtında ödəmədiyindən xx.xx.2021-ci il tarixdə barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə borclu 12 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Həmin dövrə yaranmış aliment borcu sonradan da ödənilməmiş, aylıq aliment də tamlıqla ödənilməmişdir. Borclu izahatında Bakı şəhərində yaşadığını, orada fərdi qaydada fəhləlik etdiyini, ayda 450 manat gəliri olduğunu, hazırda borcunu ödəmədiyini, gələcəkdə ödəyəcəyini bildirmişdir. Borclunun əvvəlki izahatlarında da alimenti və yaranmış aliment borcunu ödəyəcəyini bildirsə də qismən ödənişlər etmiş, aylıq alimenti tamlıqla ödəməmiş, yaranmış borcu da ödəməmişdir. Borclu xx.xx.2021-ci ildən sonra tələbkara 3800 manat aliment ödəmişdir. Həmçinin borclunun yeri məlum olmadığından yenidən xx.xx.2022-ci il tarixdə növbəti dəfə axtarış qərarı qəbul edilmişdir. Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda Bakı şəhərində yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Buradan da göründüyü kimi borclu icra sənədi üzrə tələbi yerinə yetirməməklə, çağırışlara gəlməməklə, icra məmurunun qanuni tələbini yerinə yetirməməklə, yaşadığı yer barədə məlumat verməməklə icra sənədinin icrasından yayınır. Borclu Şəxs şöbədə olarkən ödənilməmiş aliment borclarının ödənilməsi tələb edildi, borclu borclarını ödəməkdən imtina etdi. Borclu Şəxs oğlu xx.xx.2024-cü il tarixli izahatında borc məbləğlərini imkanı olmadığı üçün ödəmədiyini, gələcəkdə, iki ay müddətində ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Borcu hər ay hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X6 Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-862/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından 05 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat aliment cacabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 09 avqust 2019-cu il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-862/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 27 fevral 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 27 fevral 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 fevral 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-163/2024 27 fevral 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-163/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-163/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-163/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver