Məhkəmə qərarları › İş №3(075)-164/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-164/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-164/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxx 1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, işsiz, Şəki şəhəri, M.B.Əfəndiyev küçəsi, 23 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx xxxx 2021-ci il tarixdə Şəki şəhəri, M.Əfəndiyev küçəsində yerləşən yaşadığı evin qarşısında narkotik vasitə olan nəşə qəbul etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Şəki şəhəri, M.Əfəndiyev küçəsində yerləşən yaşadığı evin qarşısında narkotik vasitə olan nəşə qəbul etmişdir. xx xxxx 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkilləri xidmət apararkən Şəki şəhəri, M.Əfəndiyev küçəsində bir nəfərin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin hər hansısa narkotik vasitənin təsiri altında olduğunu hiss etdiklərindən onu polis şöbəsinə dəvət etmişlər. Şəki ŞRPŞ-də müayinə zamanı isə həmin şəxsin narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. xx xxxx 2021-ci il tarixdə sərxoşluq halları müayinəsi zamanı şəxsin sidiyində marixuana qəbulu aşkar edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx xxxx 2021-ci il tarixdə Şəki şəhərində, “Füzuli” parkında olarkən yerdə 1 büküm görmüş və götürmüşdür. Sonra isə həmin bükümün içərisndə narkotik vasitə olduğunu görmüş və yaşadığı evdə onu qəbul etmişdir. xx xxxx 2021-ci il tarixdə Şəki şəhəri, M.Əfəndiyev küçəsində olarkən, Şəki ŞRPŞ-nin əməkdaşları ona ona yaxınşalaraq özlərini təqdim etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə zamanı onun sidiyində marixuana qəbulu müəyyən edilmişdir. İlk dəfədir ki, narkotik vasitədən istifadə edir. Etdiyi hərəkətdən peşmandır. Onkoloji və şəkər xəstəsidir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəki Regional Vəkil Bürosunun vəkili X3 izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticələrinə dair Şəki Narkoloji Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəxs sidiyindən müayinə edilmiş və onun marixuana narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar