Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-164/2024 27.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin DYP bölməsinin Şəki rayonu Yol patrul xidməti inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5 barəsində qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ilə məhkəməyə müraciət edərək, qəbul edilən 30 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü 20:00-21:00 radələrində Şəki şəhəri “Üç güyümlər” dairəsi adlanan yerdə YPX əməkdaşları Ölkəliyev Vüsal və soyadını bilmədiyi Bəhruz adlı əməkdaş idarə etdiyi avtomaşına arxadan gələrək “saxla əmri” vermişdir. O, avtomaşını saxlamışdır. YPX əməkdaşı Vüsal ona yaxınlaşaraq “spirtli içki qəbul etmisən” deyə soruşmuşdur. O isə, cavabında “yox” demiş, sonradan yenə soruşduqda demişdir ki, “gedək Narkoloji Dispanserə”. Ondan öz xidməti maşınlarına oturmağını tələb etmişdir. Maşında ona “pulun var, gəl 400 manat ver, ora getməyək” demişdir. O, nə qədər cəhd etsə də, onlar onu eşitmək istəməmişlər. Ona maşında “pulun var” sualını verdiklərində, “var” cavabını vermişdir. “Nə qədərdir? dedilər, o isə onlara “maşın kreditdir, nə olsa qoyuram maşına” cavabını vermişdir. O, onlara “siz məni yoxlayırsınız, yoxsa maşını” sualını vermişdir. Vüsal maşından düşdü, Bəhruzsa maşının qapılarını bağladı, lakin o düşə bilmədi. Vüsal onun maşınında oturub maşını polis şöbəsinə sürdü və maşını oraya qoyub çıxdılar. O, onlardan “bura narkoloji dispanserdir?” deyə soruşdu. Biz gəldik Yol Polis İdarəsinə və orada guya onun içkili olmağını yoxlayacaqdılar. Bəhruz Vüsala sual verdi ki, “biz buraya niyə gəldik?”. Vüsal cavabında “göz vuraraq” dayan dedi. Hardansa guya alkostester gətirib, “üfür” dedi. Üç dəfə üfürsə də, heç bir nəticə əldə etmədi. Sonra maşının kapot hissəsinin üstünə atıb “mən getdim” dedi. Ona heç bir protokol tərtib etmədilər. Çünki o, sərxoş deyildi. Bu isə Vüsalın ona qarşı etdiyi çirkin əməli idi. O, evə getdi, səhər polis şöbəsinə gələrək maşını oradan çıxarmaq istədi. Vüsalı görə bilməyib ona zəng etdi ki, maşını oradan çıxarıb aparısın. Zəng edəndə o, ona Zaqatalada olduğunu bildirdi. Onu Namiq adlı əməkdaşın yanına göndərdi. O, Yol Polis idarəsinə yollandı, orada Namiq müəllimlə maraqlandı. Onun nə işə baxdığını soruşduqda ona dedilər ki, “maliyyə işləri üzrə rəisin köməkçisidir”. Ona onun telefon nömrəsini verdilər. Ona zəng etdi və o, ona 10-15 dəqiqəyə gələcəyini bildirdi. Yarım saatdan sonra bir “QAİ” maşını gəldi və serjant ona yaxınlaşıb, “rəisə siz zəng etmisiniz?” deyə soruşdu. Dedi bəli, ona dedi ki, “məni rəis göndərib ki, gör nə qədər pulu var”. O isə cavabında “pulum yoxdur” dedi. O, gedib maşına oturdu və oradan uzaqlaşdılar. O isə, orada dayanıb rəisi gözlədi. Dəfələrlə gəlib getdilər. Sonradan Namiq müəllim onu çağırıb “pul verməsən protokol yazılacaqdır” dedi. O, axşamacan orada gözlədi, rəis artıq gəlmişdi. Onun yanına girmək istəyərkən, orada olan bir oğlandan rəisi soruşdu. O, ona nə ilə bağlı rəisi axtardığını soruşduqda, ona dedi ki, maşını polis şöbəsinə qoyublar, onu çıxarmaq istəyinlə bağlı. O, ona çöldə gözləməyini bildirdi. Sonra onu çağırıb “düş həyətə, Tural adlı əməkdaş səni gözləyir” dedi. O, həyətə düşüb həmin əməkdaşa yaxınlaşdı. O, protokolu ona təqdim edib “mənlik bir şey yoxdur, rəis deyib” cavabını verdi. Halbuki həmin protokol bir gün öncə həkimin verdiyi rəyə əsasən tərtib olunaraq, bir nüsxəsi ona verilməli idi. Lakin bunu etmədilər və xx.xx.2023-cü il də yazılan protokolda Ölkəliyev Vüsalın adı olsa da, imza onun deyil. Ona həmin protokola imza atdırdı ki, “ilin axırıdı, bu olmasa maşını çıxara bilməyəcəksən”. Onun maşını kreditdədir, gündəlik 25,00 manat pul ödəyir. Buna görə məcbur olub protokolu imzaladı. Axşam gedib maşını polis şöbəsindən çıxartdı və yenidən taksi fəaliyyətinə başladı. Ayın axırı olduğuna görə maşının sahibinə pul ödənişi etməli idi. Maşının saxlanc yerini açdıqda yığılan, yəni maşının kreditini vermək üçün yığdığı 700 manat pulun orada olmadığını gördü. Bununla da YPX əməkdaşının çirkin əməli olduğunu anladı. Ona görə də ondan maşında pulun olub-olmadığını soruşub, o olmadan, onun maşınını sürüb polis şöbəsinə apardı. O, başa düşə bilmədi, əgər sərxoş idi isə niyə onu narkoloji dispanserə aparmadılar? Yaxud maşında o da 400 AZN məbləğində pulu versəydi, sərxoş olmayacaqdı? Qeyd etdi ki, qərarı xx.xx.2024-cü il tarixdə almışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 400 manat cəriməni qohumu onun xəbəri olmadan qohumu ödəmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYP bölməsinin Şəki rayonu Yol patrul xidməti inspektoru X6 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman X5 idarə etdiyi, “Renault Megane” markalı , **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlatmışdır. Avtomobilin sürücüsünün gözləri qırmızı olmuş, söhbət samanı spirtli içki qoxusu hiss olunmuşdur. Alkotesterlə yoxlama zamanı X1 içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu aşkar olunmuşdur. Bundan sonra sürücünün idarə etdiyi “Renault Megane” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil duracağa aparılmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol əsaslıdır. İstifadələrində olan alkotester altı aydan bir müvafiq qurumlar tərəfindən yoxlanılır. X12 оğlu barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib edilmiş, protokol X9 tərəfindən imzalanmış və protokolla tanış olub etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli Alcovisor Jupiter X müayinə nəticələrindən görünür ki, X7 0.663% promil sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə 28 dekabr 2023-cü il tarixli, 12/23 saylı protokoldan görünür ki, X5 ağzından kəskin alkoqol iyi gəlməsi, gözlərinin qızarması səbəbindən tibbi müayinəyə göndərilmiş, idarə etdiyi “Renault Megane” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, X5 idarə etdiyi “Renault Megane” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil buraxılıb. İş materiallarında olan X5 yazılı izahatından görünür ki, S.Qaffarov viski qəbul edib avtomobil idarə etdiyini bildirmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və həmin video görüntüdən görünür ki, X9 törətdiyi inzibati xətanı etiraf etmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, hər iki maddə üzrə inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti DİN-nə aid olduğundan, həmçinin qeyd edilən maddə üzrə S.Qaffarov cərimə edilmədiyindən, həmçinin İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin əsassız olmasına dair hər hansı sübut təqdim edilmədiyindən həmin hissədə də qərar əsaslıdır və ləğv edilməməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 içki içdiyinə dair alkotester nəticələrinə etiraz etdiyini bildirsə də, nəqliyyat vasitəsini sərxoş olmadan idarə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 içki qəbul etməsi alkotester nəticələri ilə müəyyən olunur. Məhkəmə alkotester göstəricilərinə şübhə ilə yanaşmaq üçün əsas görmür. Ona görə də məhkəmə hesab edir ki, iş materiallarında olan alkotester nəticələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 0.663% promil sərxoşluq aşkar edilmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X8 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində qəbul edilmiş 30 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musyaev
Məhkəmə qərarları › İş №3(075)-164/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-164/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver