Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-166/2021 13.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 iştirakları ilə, X1 barəsində tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, idarəd etdiyi “VAZ 2106” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, H.Əliyev prospektindən S.Rəhman küçəsinə üzü “bazar” adlanan ərazi istiqamətində hərəkətdə olan zaman Şəki ŞRPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən saxlanılmış, barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul etmişdir. Polis əməkdaşı tərtib etdiyi inzibati xəta haqqında protokolu onun həmin prospektin digər tərəfindən, yəni “Qoxmuq dairəsi” adlanan ərazidən üzü “Ziyarət” adlanan əraziyə doğru dönən “VAZ 21012” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozduğuna görə tərtib etdiyini bildirmişdir. Halbuki o, hər hansı qanun pozuntusu törətməmişdir. Hesab edir ki, həmin protokol və protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. İXP ******* nömrəli protokoldan narazı olduğu üçün məhkəməyə şikayət verməli olmuşdur. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman “VAZ 2106” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, H.Əliyev prospektindən S.Rəhman küçəsinə üzü “bazar” adlanan ərazi istiqamətində hərəkətdə olan zaman həmin prospektin digər tərəfindən, yəni “Qoxmuq dairəsi” adlanan ərazidən üzü “Ziyarət” adlanan əraziyə doğru dönən “VAZ 21012” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. O da dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Daha sonra o, sürücüyə yaxınşalaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi inzibati xətanı izah etmiş və bütün bu halları əks etdirən video görüntünü sürücüyə göstərmişdir. Həmin zaman sürücü barəsində inzibati protokol tərtib etmiş, sürücü protokolla tanış olaraq inzibati xəta ilə razılaşmış və həmin protokolu imzalamışdır. Göstərmişdir ki, sürücünün bütün bu hərəkətləri video-görüntüdə qeydə almışdır. Qayda pozuntusu törətmiş avtomobili aşkar edən kimi də dərhal onun arxasıyca getmiş və həmin avtomobili saxlatdırmışdır. Hesab edir ki, şikayət əsaslı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP-3833859 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP-4245337 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış diskindən görünür ki, ŞRPŞ DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman “VAZ 2106” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, H.Əliyev prospektindən S.Rəhman küçəsinə üzü “bazar” adlanan ərazi istiqamətində hərəkətdə olan zaman həmin prospektin digər tərəfindən, yəni “Qoxmuq dairəsi” adlanan ərazidən üzü “Ziyarət” adlanan əraziyə doğru dönən “VAZ 21012” minik markalı avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. X3 baxış zamanı görüntüdə olan “VAZ 2106” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin anda idarə etməsini təsdiq etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə əsasən: İİ. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İİİ. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin məhkəməyə təqdim edilmiş CD diskdəki görüntü ilə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki rayonu üzrə Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin icraatına xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-166/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-166/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver