Məhkəmə qərarları › İş №3(075)-167/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-167/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-167/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu Şəxs Məjnun oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, Müəyyənetdim: Şəxs Məjnun oğlu haqqında İXM-nin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs Məjnun oğlu yaşadığı evdə qanunsuz olaraq yivsiz ov tüfəngi saxlamışdır, bununla da o, İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol və digər sənədlər tam doldurulmamış və düzgün tərtib olunmamış, məzmununda səhvlərə yol verilməklə tərtib edilmişdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb edilmiş şəxsin müdafiə hüququ pozulmuş, real müdafiəçi təqdim edilməmiş, bu barədə protokol tərtib edilib materiala əlavə edilməmiş, materiala əlavə edilmiş izahatında, izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. İnzibati xəta haqqında protokola nəzər yetirdikdə müəyyən olunur ki, protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın “Qərar verdim” hissəsinin 3-cü bəndində texniki səhv olduğu görünsə də, lakin “Şəxs Məjnun oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilən müddanın tərkib əlaməti olduğundan onun barəsində inzibati məsuliyyət tədbirinin görülməsi üçün qərarın surəti aidiyyati xidmət sahəsinə göndərilməlsin” kimi qeyd edilərək inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Həmçinin materiallarda olan raportun nə vaxt tərtib olunduğu qeyd olunmamış və 1 ədəd ov tüfənginin və 4 ədəd patronun aşkar edilərək götürülməsi barədə protokol iş materiallara əlavə edilməmiş, belə bir protokolun mövcudluğu cinayət işi başlanmasının rədd edilməsi barədə qərarada da əksini tapmadığından mövcudluğu şübhə yaratmışdır. İnzibari xəta haqqında protokolda əməlin tövsifi hissəsində əməlin törədilməsi vaxtı qeyd edilməmişdir. İnzibati xətanın predimeti kimi göstərilmiş silah və patronların rəsmi götürülmədiyi, inzibati xəta haqqında protokolda əməlin törədildiyi tarixin qeyd edilmədiyi, izibati məsuliyyətə cəlb edilmiş şəxsin izahat vermədən imtina edtiyi halda əməlin tövsifi üçün zəruri halların dəqiqliyini bilməyi müşkülə sürükləmişdir. Həmçinin müdafiə hüququnun pozulması kobud pozuntu hesab edilir. Göründüyü kimi Şəki ŞRPŞ-dən məhkəməyə daxil olmuş inzibati xəta haqqında material natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İXM-nin 61.1.5-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları yekunlaşdıraraq və tətbiq edilən qanun normalarını iş materialları ilə əlaqəli araşdıran məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 100, 109-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs Məjnun oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib olunmadığına, təqdim edilmiş materiallar natamam olduğuna, işə baxılarkən tamamlamaq mümkün olmadığına görə Şəki Şəhər- Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar