Məhkəmə qərarları › İş №3(075)-168/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-168/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-168/2022 13.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin YPX inspektoru, polis kiçik serjantı X5 iştirakları ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin YPX-nin YPX inspektoru, polis kiçik serjantı X8 tərəfindən barəsində tərtib edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 21 mart 2022-ci il tarixdə ona məxsus olan BMW 320 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında telefonla danışdığı halda Şəki rayon DYP-nin kiçik serjantı Bəhruz Səfərov yaxınlaşaraq içkili olduğunu demiş və heç bir yoxlanış olmadan İXP-4522341 saylı protokolu tərtib etmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin YPX inspektoru, polis kiçik serjantı X8 göstərdi ki, 21 mart 2022-ci il tarixdə, saat 22 radələrində Şəki rayonu ərazisində xidmətdə olan zaman BMW 320İ markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyini və yol ayırıcını keçmə qaydalarınını pozduğu müşahidə etmiş, avtomobilə “saxla” işarəsi vermişdir. Bu zaman avtomobil bir qədər irəlilədikdən sonra dayanmış, sürücüdən spirt iyi gəlməsini müşahidə etmişdir. Bundan sonra alkotestrlə müayinə etmiş və sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Sürücüyə məxsu avtomobil duracağa yerləşdirilmiş, izahatı alınması üçün şöbəyə dəvət edilmişdir. Polis şöbəsində izahatı alınarkən X3 vəziyyətdə avtomobil idarə etdiyini etiraf etmişdir. Daha sonra şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobilin sürücüsü protokoldan narazı olması ilə bağlı hər hansı fikir ifadə etmədiyindən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru X6 tərəfindən 22 mart 2022-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 21 mart 2022-ci il tarixli, 93004312 nömrəli alkotester müayinəsinin nəticəsindən görünür ki, X7 21 mart 2022-ci il tarixdə sərxoş olmuşdur. Alkoqolun tərkibi 0.308%. İş materiallarına əlavə edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 329.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 22 mart 2022-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsini pozduğuna görə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X4 21 mart 2022-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X4 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X1 məhkəməyə təqdim etdiyi ərizəsində barəsində tərtib edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt avtomobilin onun tərəfindən ayıq vəziyyətdə idarə edilməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır və ərizəsində qeyd edilənlər onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. Bundan başqa X2 protokol tərtib edilən günə tərtib edilən protokolda avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Odur ki, X1 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin YPX-nin YPX inspektoru, polis kiçik serjantı X8 tərəfindən barəsində tərtib edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru X6 tərəfindən qəbul edilmiş 22 mart 2022-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində tərtib edilmiş 21 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar