Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-169/2022 19.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1, inzibati xəta haqqında protokolundan şikayət verilmiş şəxs Şəki rayonu YPX inspektoru, polis serjantı X5 iştirakları ilə X1 Şəki rayonu YPX inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş 17 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Şəki rayonu YPX tərəfindən yazılmış İXP-4514270 saylı, 17.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolu, protokol əsasında yazılmış cəriməni ləğv edərək iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus Vaz-2106 markalı, **-CS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qoxmuq yol ayırıcından Heydər Əliyev prospektinə doğru hərəkət edən zaman YPX avtomobilində xidmət aparan döş nişan nömrəsi 2375 olan polis serjantı, inspektor X7 onu saxladıb ona bildirmişdir ki, guya o qəza şəraiti yaratmışdır. O, öz növbəsində buna etiraz etmişdir. Bundan sonra polis əməkdaşı inzibati pozuntunu tam sübut etmədən, heç bir dəlil və sübut olmadan barəsində İXP-4514270 saylı, 17.03.2022ci il tarixli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, dairəvi yola daxil olanda YPX avtomobili başqa avtomobili qovurdu. O, heç bir avtomobilə maneə törətməmişdir. Ümumiyətlə YPX inspektoru, polis serjantı X7 ona qarşı qərəzli münasibət bəsləyir. Təhlükəsizlik kəmərindən istifadə edib-etməməsi dəqiq yadında deyil. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru, polis serjantı X7 göstərdi ki, 17 mart 2022-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində xidmətdə olarkən «VAZ-21063» markalı, **-CS-*** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini və yolayırıcını keçmə qaydalarını pozduğunu müəyyən etmişdir. Belə ki, o, Heydər Əliyev prospektində olan Qoxmuq dairəsi kimi adlandırılan dairədə hərəkətdə olarkən «VAZ-21063» markalı, **-CS-*** dövlət nömrə nişanlı avtomobil dairədə hərəkətdə olan avtomobilləri gözləmədən dairəvi yola daxil olmuş və qəza şəraiti yaratmışdır. Bununla bağlı YPX-nin avtomobilinin çəkilişi də var. O, həmin qanun pozuntusunu aşkar etdikdən sonra «VAZ-21063» markalı, **-CS-*** dövlət nömrə nişanlı minik avtomobilini saxlatmış və törədilmiş qanun pozuntusunu ona izah etmişdir. Avtomobilin sürücüsü X4 heç bir qanun pozuntusuna yol vermədiyini bildirmiş və müxtəlif üsullarla məsuliyyətdən yayınmağa çalışmışdır. Daha sonra həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələri ilə protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İşdə olan Şəki rayonu YPX inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X4 17 mart 2022-ci il tarixdə, saat 12:13 radələrində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. «Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu»nun 76-cı maddəsinin İ bənsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəasinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş yol patrul xidmətinin xidməti avtomobilində qeydə alınmış video görüntüdən görünür ki, YPX avtomobili və onun qarşısında olan digər avtomobil Heydər Əliyev prospektində dairəvi yolda hərəkətdə olarkən X4 idarə etdiyi «VAZ-21063» markalı, **-CS-*** dövlət nömrə nişanlı minik avtomobili ilə qeyd olunan hərəkət iştirakçılarını gözləmədən və yol vermədən Qoxmuq kəndi tərəfdən dairəvi yola daxil olur və avtomobillərin qarşısından qəza təhlükəsi yaradaraq keçir. Görüntüdən, həmçinin, X3 təhlükəsizlik kəmərindən istifadə etməməsi də müəyyən olunur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən və video görüntüdən qeyd olunan tarixdə X3 təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi avtomobilin yolayrıcını keçmə qaydalarını pozmaqla hərəkətini davam etdirməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələrinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Bundan başqa ərizədə göstərilənlər protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğvi üçün əsas deyildir. X1 şikayət ərizəsində qeyd etdiyi barəsində tərtib edilmiş 17 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 17 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, protokol əsasında yazılmış cərimənin ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib edilmiş 17 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və protokol əsasında yazılmış cərimənin ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-169/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-169/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver