Məhkəmə qərarları › İş №3(075)-17/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-17/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-17/2021 01.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 333.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 08:31 radələrində, “Mercedes Benz" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 711 saylı postun ərazisində, Yol Patrul Xidməti Alayının İİİ Tağım yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs sərxoşluğu müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş edərkən Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, bir müddət əvvəl Baki şəhərinə gedərkən yuxanda göstərilən maddələrə uyğun inzibati xəta törətmişdir. Həmin maddələrə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 333.1-ci maddəsinə uyğun olaraq 400 manat cərimə edilmişdir. Həmin maddəyə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Ona təqdim edilmiş elekton portaldan çıxarışdan görünür ki, törətdiyi inzibati xətaya görə 400 manat məbləğində cərimə edilmişdir. Həmin maddəyə uyğun olaraq cərimə ödəməyini özünə borc bilir. Həmin maddədə xüsusilə qeyd edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun tövsiyyəsindən görünür ki, göstərdiyi maddələr uyğun inzibati xəta törətmişdir. Həmin maddələrə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 333.1-ci maddəsinə uyğun olaraq 400 manat məbləğində cərimə edilmişdir. Artıq həmin maddə üzrə ya nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilə bilməz. İş materiallarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 08:31 radələrində sürücülük hüququ olduğu halda alkoqol sərxoşluğu vəziyyətində “Mercedes Benz" markalı, **-BE-*** dövlət qeydiyyat nömrəli minik avtomobilini Şəki şəhəri ərazisində idarə etdiyini etiraf etmiş və 711 saylı postun ərazisində, Yol Patrul Xidməti Alayının İİİ Tağım yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən saxlanılaraq avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini təsdiq etmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən tərib edilmiş xx.xx.2020-ci il tarixli, 201 nömrəli protokoldan görünür ki, Şəxs öz deməsinə görə spirtli içki qəbul etmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə, saat 07:55-də alkometr cihazı ilə müayinə edilmiş və onda yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. İş materiallarında olan Şəki ŞRPŞ DYPB-nin rəisi, polis mayoru X2 inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardaddan görünür ki, Şəki şəhəri, Sülh küçəsi ev 9/6-da yaşayan 1985-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 08:31 radələrində, “Mercedes Benz" markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobillə 711 saylı postun ərazisində, Yol Patrul Xidməti Alayının İİİ Tağım yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs sərxoşluğu müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1 -ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci, 332.1 -ci və 333.1 -ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılıb qərar qəbul olunması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Asan.pay.az” rəsmi intenet səhifəsindən xx xxxxxx 2021-ci il tarixdə çıxarılmış son ödəniş məlumatlarından görünür ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* seriya nömrəli qərarsız inzibati xəta haqqında protokol mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material, onun məhkəməyə ünvanladığı ərizə və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci və 333.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində 400 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar