Məhkəmə qərarları › İş №3(075)-17/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-17/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-17/2023 19.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə X4 Şəki ŞRPŞ-nin DYPB-nin hərəkətin təşkili üzrə baş inspektoru, polis leytenantı X3 onun barəsində tərtib etdiyi 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, əsassız cərimənin və cərimə balının silinməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, əsassız cərimənin və cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 dekabr 2022-ci il tarixdə ona məxsus **-FY-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən, Yol Patrul Xidməti avtomobili tərəfindən ona saxla işarəsi verilmiş, o da qanuna uyğun formada idarə etydiyi nəqliyyat vasitəsini saxlamışdır. Yol Patrul Xidməti əməkdaşı avtomaşından düşmədiyindən saxlamanın səbəblərini öyrənmək məqsədi ilə öz avtomobilindən enərək patrul avtomobilinə yaxınlaşmışdır. O, patrul avtomobilinə yaxınlaşdıqda Yol Patrul Xidmətinin əməkdaşı avtomobildən endmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin, yəni sərnişin daşıma qaydalarının tələblərini pozduğunu bildirmişdir. O, qeyd edilən pozuntuya dair patrul avtomobilində quraşdırılmış texniki qurğular vasitəsi ilə qeydə alınmış video görüntünü tələb etsə də, Yol Patrul Xidməti əməkdaşı ona görüntü təqdim etməkdən yayınmışdır. Beləliklə heç bir sübut və əsas olmadan, Yol Patrul Xidməti əməkdaşı barəsində 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edərək onu 60 manat məbləğində inzibati cərimə etmişdir. X8 Xidməti əməkdaşı onun avtomobilinə yaxınlaşmamış, baxış keçirməmiş və avtomobilində olan sərnişinin neçə yaşında olmasını müəyyən etməmişdir. Belə ki, avtomobilində olan sərnişin ön oturacaqda deyil, arxa oturacaqda əyləşmişdir. Qeyd edilən hallar barədə inzibati xəta haqqında qərar qəbul etmiş YPX əməkdaşına bildirsə də, heç bir əsaslı dəlil olmadan, qərəzli olaraq onun inzibati məsuliyyət cəlb edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında izahat verən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun barəsində tərtib edilmiş qərarla razı olmadığını, qərar qəbul tərtib etmiş şəxsin tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etdiyini bildirmişdir. Belə ki, Yol Patrul Xidməti əməkdaşı onun avtomobilində olan sərnişinin neçə yaşında olmasını müəyyən etmədən qanunsuz qərar qəbul etmişdir. Ona görə də, barəsində qəbul olunmuş 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, əsassız cərimənin və cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin DYPB-nin hərəkətin təşkili üzrə baş inspektoru, polis leytenantı X3 qəbul etdiyi 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq qayda pozuntusuna dair patrul avtomobilində quraşdırılmış texniki qurğu vasitəsi ilə qeydə alınmış video görüntünü Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Sözügedən görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman X1 idarə etdiyi **- FY-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” markalı avtomobillə hərəkətdə olarkən qabaq sağ oturacaqda sərnişin əyləşdiyi müəyyən olunmuşdur. Eyni zamanda saxlanıldıqdan sonra Yol Patrul Xidməti əməkdaşının “niyə uşağı əyşəldirirsiz qabaqda” sualına X5 cavab verə bilməmiş, həmçinin uşağın qabaq oturacaqda əyləşməsi faktını təkzib etməmişdir. X4 həm şikayət ərizəsində, həm də məhkəmə iclasında 28 dekabr 2022-ci il tarixdə YPX əməkdaşı tərəfindən saxlanılan zaman avtomobildə ondan başqa azyaşlı qızının avtomobilin qabaq sərnişin oturacağında heç kimin əyləşmədiyini bildirməsi və təqdim edilmiş video görüntüdə qabaq sağ oturacaqda sərnişinin əyləşməsi belə nəticəyə gəlməyə əsas verir ki, X2 törətdiyi inzibati xəta barəsində qeyri-səmimi məlumat verməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Şəki ŞRPŞ-nin DYPB-nin hərəkətin təşkili üzrə baş inspektoru, polis leytenantı X3 onun barəsində tərtib etdiyi 28 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, əsassız cərimənin və cərimə balının silinməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar