Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-170/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi X4 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs hər hansı icazə sənədi olmadan № 87602 nömrəli, 16 kalibrli, İJK modelli, hamar tək lüləli, yivsiz ov tüfəngini sənədsiz olaraq özündə saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küç., 11/38 ərazisində yaşayan Şəxs № 87602 nömrəli, 16 kalibrli, İJK modelli, hamar tək lüləli, yivsiz ov tüfəngini aşkar olunaraq götürülmüşdür. Nəticədə Şəxs həmin əməli ilə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, ona 1989-cu il tarixdə vəfat etmiş mərhum atası X2 01 ədəd təklülə ov tüfəngi yadigar qalmışdır. Həmin ov tüfəngini yaşadığı evin yataq otağında dolabın içərisində saxlamışdır. Həmin ov tüfənginin sənədləri yoxdur. Həmin ov tüfəngindən indiyə qədər istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/1067 nömrəli, 19 dekabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim olunmuş ov tüfəngi 87602 nömrəli, 16 kalibrli, İjevsk silah zavodunda istehsal olunmuş, çaxmaqlı, İJK modelli, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, həmin silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin X1, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-də toplanmış HK-1/2122 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, Şəxs aşkar edilmiş 01 ədəd № 87602 nömrəli, 16 kalibrli, İjevsk silah zavodunda istehsal olunmuş, çaxmaqlı, İJK modelli, hamar tək lüləli, yivsiz ov tüfəngi DİN-nin X6 Baş İdarəsinə göndərilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında verdiyi izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 ədəd № 87602 nömrəli, 16 kalibrli, İjevsk silah zavodunda istehsal olunmuş, çaxmaqlı, İJK modelli, hamar tək lüləli, yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-170/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-170/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver