Məhkəmə qərarları › İş №3(075)-171/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-171/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-171/2025 14.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, xx.xx.1991-ci il tаrixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X8 tərəfindən tərtib olunmuş 14 mart 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 mart 2025-ci il tarixdə, saat 18:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində, “Baku Elektronics” mağazasının qarşısında vətəndaş A.Güləhmədova məxsus “Samsung A15” markalı mobil telefonu oğurlayaraq xırda talama əməli törətmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X8 izahatında bildirdi ki, Şəxs X2 Samsung A15 markalı mobil telefonunu oğurlamışdır. Araşdırma zamanı, X2 oğurlanmış Samsung A15 markalı mobil telefonunun hal-hazırkı orta bazar qiyməti haqqında məlumat əldə etmək üçün X1 Cəmiyyətinin Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə heyətinə məktub göndərilmişdir. X1 Cəmiyyətinin Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə heyətinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli məktubuna əsasən 2025-ci ilin mart ayı üçün 128 gb-lıq yaddaşı olan Samsung A 15 markalı mobil telefonunun orta satış bazar qiyməti 150 (yüz əlli) manat təşkil etməsi göstərilmişdir. Şəxs əməllərində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlu ona isnad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, 2015-ci il tarixdə CM-nin 181-ci maddəsi ilə barəsində cinayət işi başlanılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 8 il azadliqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü il tarixdə azadlığa çıxmışdır. Onun həyat yoldaşı Şəki şəhərindəndir. Hal-hazırda anası evində yaşayır və onlar boşanmışlar. Onların birgə nikahlarından bir övladları vardır. Oğlunun 8 yaşı var. Təxminən 2 aydır ki, o, Bakı şəhərindən Şəkiyə gəlmişdir. Özü axtarıb çöl yol adlanan yerdə donuzçuluq fermasında iş tapmışdır. Orada Andrey və Qorxmaz adlı şəxslərin yanında işləyir. Ona ayda 450 manat maaş verirlər. Özü də elə orada qalır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bazarın yaxınlığında yerləşən ucuzluq mağazasından özünə şalvar almaq istəmişdir. Şalvar alıb çıxdıqdan sonra həmin yolla bazara doğru piyada getmişdir. “Baku Elektroniks” mağazasının qarşısından keçəndə mağazanın qarşısındakı bardiyorun üstündə 01 ədəd telefon olduğunu görmüşdür. O, həmin yerə yaxınlaşmış, ətrafa nəzər yetirdikdən sonra mobil telefonu götürüb cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. Həmin gecə yenə fermada qalmışdır. Telefonu axşam özü format etmişdir. Telefonu götürdükdən sonra içindəki 02 ədəd nömrəni çıxardıb atmışdır. Telefonu format edəndə parolu qırılsa da, işlədə bilməmişdir. Buna görə bazara aparıb ustaya vermişdir. Ustanın yanından çıxdıqdan biraz sonra bazar ərazisində polis əməkdaşları ona yaxınlaşmış və onunla birlikdə telefon dükanına getmişlər. Orada oğurladığı telefonu usta polis əməkdaşlarına vermişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilniyini, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, o, adətən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən bazar ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Mobil telefonunu xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Baku Elektroniks” mağazasının qarşısında naməlum şəraitdə oğurlamışdılar. O, mobil telefonu təxminən 2024-cü ilin sentyabr ayında Şəkidə telefon mağazasından almışdır. Telefonun markası “Samsung A15” markalıdır, o, mobil telefonu 355 manata almışdır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 18 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Baku Elektroniks” mağazasının qarşısında dayananda telefon üstündə olmuşdur. Mağazanın qarşısında telefonunu yadından çıxardıb qoyub getmişdir. Müştərini Qoxmuq dairəsinə aparıb gətirdikdən sonra yenidən həmin yerə qayıtmış və mobil telefonunun oğurlandığını aşkar etmişdir. Sonradan telefonu oğurlandığı üçün polis şöbəsinə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, hər hansı tələbi, şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, təxminən 7 ay bundan əvvəl Şuşadan qayıtdıqdan sonra tanışı Azad adlı şəxsin yanında işləməyə başlamışdır. O, bazarda yerləşən “A mobile” mağazasında telefon ustası kimi işləmişdir. O da həmin yerdə proqramist kimi işləməyə başlamışdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tanımadığı bir nəfər şəxs yanına gəlmiş və əlindəki telefonu şarj etməsini xahiş etmişdir. O da telefonu götürüb şarja qoymuşdur. Təxminən 10 dəqiqə sonra geri qayıtmışdır. Telefon artıq açılmışdır. Həmin şəxs ondan xahiş etdi ki, telefon koda düşüb onu açsın. O, gördü ki, telefonu koddan açılıb lakin, menüya daxil olmaq olmur. O, bunu etmək üçün həmin şəxsdən 5 manat pul alası idi. Təxminən 1 saat sonra həmin oğlan polis əməkdaşları ilə birlikdə gəlmişdir. Ona məlum oldu ki, telefon oğurluqdur. O da həmin telefonu polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən yazılmış ərizədən görünür ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlu tərəfindən zərərçəkmiş şəxs X3 vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, aralarında barışıq əldə olunmuşdur. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs xırda talama yolu ilə X3 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, İXM-nin 39.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar