Məhkəmə qərarları › İş №3(075)-172/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-172/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-172/2023 24.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2178/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 1138 manat borc və 20 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. Şəki RPŞ-nin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 200 manat cərimə olunmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-2788/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən Şəxs və digərlərindən cəmi 4721.44 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2178/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 1138 manat borc və 20 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində və sonrakı 8 il müddətində tələbin icrası tam təmin edilməmiş, 918 manat borcu qalmışdır. Tələb borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Lakin borclunun vergi ödəyicisi olduğu, ət məhsullatının satışı ilə məşğul olduğu müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya bir neçə dəfə rəsmi xəbərdarlıq göndərilmiş, icra sənədinin icrası tələb olunmuş, şöbəyə çağırlmışdır. Lakin borclu edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmiş, tələbi yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün məcburi gətirilmməsi barədə qərar qəbul olunmuş, ünvanına göndərilmiş, lakin borclu yenədə çağırışlara əhəmiyyət verməmiş, çağırışlara gəlməmişdir. Borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, təqdimat təmin olunmuş, icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Lakin borclu heç bir çağırışa məhəl qoymamış, icra sənədinin icrasından yayınmışdır. Borclu izahatında icra sənədinin icraatda olduğu dövr ərzində müxtəlif işlərdə işlədiyini, kifayət qədər gəliri olduğunu bildirmiş, lakin borcunu 8 il müddətində ödəməyərək icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Şöbədə olarkən borcludan bir daha borcun ödənilməsi tələb edildi, borclu bir manat pulunun olduğunu, ödəməyə imkanının olmadığını bildirdi. Bundan başqa Şəki ŞRPŞ-nin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 200 manat cərimə olunmuşdur. İcra sənədi xx.xx.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində və sonrakı 2 il müddətində tələbin icrası tam təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya bir neçə dəfə rəsmi xəbərdarlıq göndərilmiş, icra sənədinin icrası tələb olunmuş, şöbəyə çağırlmışdır. Lakin borclu edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmiş, tələbi yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün məcburi gətirilmməsi barədə cərar qəbul olunmuş, ünvanına göndərilmiş, lakin borclu yenədə çağırışlara əhəmiyyət verməmiş, çağırışlara gəlməmişdir. Borclunun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, təqdimat təmin olunmuş, icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Lakin borclu heç bir çağırışa məhəl qoymamış, icra sənədinin icrasından yayınmışdır. İzahatında Şəxs çağırışa gəlməməsi barədə heç bir üzürlü səbəb bildirmədi. Borclu izahatında icra sənədinin icraatda olduğu dövr ərzində müxtəlif işlərdə işlədiyini, kifatəy qədər gəliri olduğunu bildirmiş, lakin cəriməni 2 il müddətində ödəməyərək icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-2788/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən Şəxs və digərlərindən cəmi 4721.44 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2014ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində və sonrakı 8 il müddətində tələbin icrası tam təmin edilməmişdir. Şöbədə olarkən borcludan bir daha borclar və cərimənin ödənilməsi tələb edildi, borclu bir manat pulunun olduğunu, ödəməyə imkanınır olmadığını bildirdi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 24 fevral 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2178/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ondan 1138 manat borc və 20 manat dövlət rüsumu tutularaq X6 ödənilməlidir. Həmin icra sənədi üzrə təxminən 2016-cı ildə 200 manat ödəniş etmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-2788/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən ondan və onun qohumlarından cəmi 4721.44 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Lakin həmin icra sənədi üzrə olan borc onun qohumları olan digər cavabdehlərən tutulmuş və hazırda həmin icra sənədi üzrə borc bağlanmışdır. Onun başqa banklara da borcu var. Lakin maddi imkanı aşağıdır. Onun hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Hazırda 100 manat ödəniş edə bilər. Qalan borclarını isə ayda 20-30 manat ödəniş etməklə bağlaya bilər. Bildirmişdir ki, o, 2015-ci ildə işləmək üçün Ruziya Federasiyasına getmiş, 2017-ci ilə kimi orada işləmişdir. Sonradan Şəki şəhərinə M.Əfəndi ziyarətinin yanında atası ilə birgə icarəyə götürdükləri mağazı işlətmişdir. Həmin mağazada qəssablıq etmiş, həmçinin müyvə və tərəvəz də satmışdır. Bu müddət ərzində də qazancı olmuşdur. Hal-hazırda Şəki şəhərində Hacı Rafiqə məxsus vazda işləyir, avtomobil təmir edir. Gündəlik 15 manat qazancı olur. Əlavə olaraq bildirdi ki, 24 fevral 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Ələfsər Fikrət oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, böyük icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, inzibati xətaya dair işə Şəxs izahatlarının təsdiq edilmiş surətlərindən də göründüyü kimi borclu hər iki icra sənədindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. Həmçinin Şəxs bir icra sənədi üzrə borcunu ödədiyini bildirsədə, həmin hal iş materialları ilə sübuta yetmir, əksinə təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 24 fevral 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 24 fevral 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 fevral 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar