Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-175/2022 20.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakları ilə Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən İXM-nin 347-ci maddəsi ilə 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli, 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli, 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli, 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş, qeyd olunan protokollar üzrə 3(075)-173/2022, 3(075)-174/2022, 3(075)-175/2022 və 3(075)-176/2022 nömrəli işlər məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-175/2022 nömrəli inzibati iş 3(075)-176/2022 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-175/2022 nömrəli iş 3(075)- 176/2022 nömrəli işlə birləşdirilsin. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-175/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-175/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver