Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-175/2023 04.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in Alayının Beşinci Tağımının YPX inspektoru polis serjantı X3 iştirakları ilə, X1 barəsində tərtib olunmuş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 18 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işə xitam verilməsi və sərxoşluq vəziyyətinin tibbi müayinəsinin qüvvədə olan qanunvericiliyin tələblərini kobud şəkildə pozulması ilə keçirilməsinin qarşısının alınması və gələcəkdə bu kimi halların təkrar olunmaması məqsədi ilə YPX-nin aidiyəti əməkdaşları barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsidə göstərilənlərə uyğun izahat verərərk bildirdi ki, avtomobili içkili vəziyyətdə idarə etmədiyini, sadəcə olaraq axşam sadəcə olaraq 100 qram araq içdiyini, əsassız olaraq onun barəsində protokol tərtib edilərək qərar qəbul olunduğunu bildirdi. Şikayətinin təmin edilməsini, barəsində qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in X8 YPX inspektoru polis serjantı X6 izahat verərək göstərdi ki, o, Şəki şəhəri ərazisində xidmətdə olarkən X4 idarə etdiyi avtomobili saxlatmış və onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyindən şübhlənmişdir. Alkotestr vasitəsi ilə sərxoşluğu yoxladıqda da Nəriman Məmmədovun 0.3 faiz sərxoş olduğu müəyyən olmuşdur. Buna görə də o, X4 barəsində İXM-nin 333.1-ci maddəsi üzrə inzibati protokol tərtib olunmuş və məsuliyyətə cəlb edərək barəsində qərar qəbul etmişdir. Qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, iş materialına əlavə edilmiş DİN DYPB-nin polis-polkovniki X9 xx.xx.2023-cü il tarixli, TP-5575863 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, X7 İXM-nin 333.1 və 332.1-ci maddələrinin tələblərini pozduğuna 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli, 056 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X5 tibbi müayinə zamanı 0.3 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntü diskindən görünür ki, X7 polis əməkdaşları tərəfindən alkaqol testindən keçirilir, sonuncu etiraz etdiyindən daha sonra həkim narkoloq tərəfindən müayinə edilərək alkoqol testindən keçiriir. Testin nəticəsində onun 0.3 faiz sərxoş vəziyyətdə olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 protokolda “bir daha spirtli içki içib sükan arxasına əyləşməyəcəyi” haqqında qeyd yazmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktı, iş üzrə tərəflərin izahatı, məhkəmə tərəfindən tədqiq edilmiş video görüntü diski və qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in X8 YPX inspektoru polis serjantı X6 tərəfindən barəsində tərtib edilmiş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 18 fevral 2023-cü il tarixli, TP-5575863 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X7 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlili də əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin X8 YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 28 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və onun əsasında Azərbaycan Respublikası DİN-nın BDYPİ-nin polis polkovniki X10 18 fevral 2023-cü il tarixli, TP-5575863 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №3(075)-175/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-175/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver