Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-176/2022 20.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakları ilə Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan «Audi Q7» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 09 may 2021-ci il tarixdə, saat 17:27 radələrində R-57, M-5-Şəki yolunun 10-cu km-liyində yolda müəyyən edilmiş sürət həddi aşılaraq qayda pozuntusu törədilmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Əfqan» firmasının mülkiyyətində olan «JAC YÜK» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 05 oktyabr 2021-ci il tarixdə, saat 14:47 radələrində Binəqədi şossesi, Xırdalan dairəsində dayanmadurma qayda pozuntusu törədilmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan «Honda Civic minik» markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 17 may 2021-ci il tarixdə, saat 13:39 radələrində Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində (“İST-petrol” YDM-nin yanı) yol nişanlarının tələblərinə riayət etməmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Əfqan» firmasının mülkiyyətində olan «XXMG XZJ5328JKZ25 yük» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 28 avqust 2021-ci il tarixdə, saat 12:21 radələrində Zabrat qəsəbəsi ist1-də nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etmiş və barəsində elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Həmin materiallar üzrə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən protokollar müvafiq olaraq 3(075)-173/2022, 3(075)-174/2022, 3(075)- 175/2022 və 3(075)-176/2022 nömrəli işlər məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 34-cü maddələrinin tələblərini nəzərə alaraq 3(075)-173/2022, 3(075)-174/2022 və 3(075)-175/2022 nömrəli işi 3(075)-176/2022 nömrəli işlə birləşdirmişlər. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs QSC tərəfindən «Audi Q7» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 09 may 2021-ci il tarixdə, saat 17:27də, «JAC YÜK» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 oktyabr 2021-ci il tarixdə, saat 14:47-də, «Honda Civic minik» markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 may 2021-ci il tarixdə, saat 13:39-da və «XXMG XZJ5328JKZ25 yük» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 avqust 2021-ci il tarixdə, saat 12:21-də idarə etmiş şəxslər barəsində Şəki ŞRPŞ-nə məlumat verilməmişdir. Belə ki, Şəxs QSC tərəfindən nəqliyyat vasitələrini idarə edən şəxslərə etibarnamələrin və yaxud da yol vərəqələrinin verilməsi barədə məlumatlar təqdim edilmədiyindən, həmin nəqliyyat vasitələrini idarə etməklə qayda pozuntularına yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də həmin nəqliyyat vasitələrinin sahibi olan sonradan Şəxs QSC adlandırılmış "xxxx" MMC-yə («Əfqan» firmasına) nəqliyyat vasitələrini idarə etmiş şəxslər barəsində 5 gün müddətində məlumat verilməsinə dair bildirişlər göndərilmiş, bildirişlər Şəxs QSC-nin əməkdaşları tərəfindən qəbul edilmiş, lakin Şəki ŞRPŞ-nin DYPB-nə bildirişlərdə göstərilən müddət ərzində cavablar verilməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin («Əfqan» firmasının) hüquqi varisi olan Şəxs QSC-nin barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib edilmiş protokolları müdafiə edir. Məhkəmədən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB tərəfindən nümayəndəsi olduğu Şəxs QSC-nin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollar onunla əsaslandırılmışlar ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bilririşlər təqdim edilməsinə baxmayaraq həmin bildirişlərə 5 gün müddətində cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Şəki ŞRPŞ-nin DYPB-nin göndərdiyi bildirişlər isə "xxxx" MMC-nin («Əfqan» firmasının) hüquqi varisi olan Şəxs QSC-nin vəzifəli şəxsinə deyil, həmin müəssisənin girişində dayanan mühafizəçisinə təqdim edilmişdir. Mühafizəçi isə müəssisənin vəzifəli şəxsi deyildir. Həmçinin, Şəki ŞRPŞ-nin DYPB tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bildirişlər dərhal təqdim edilməli olduğu halda buna riayət edilməmiş, eyni zamanda bildirişlərin tarixlərində uyğunsuzluqların olması müəyyən edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən həmin protokolun tərtib edilməsindən əvvəl riayət edilməli olan prosedurlar pozulmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İş materiallarında olan Şəxs QSC-nin nizamnaməsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 aprel 1999-cu il tarixdə qeydiyyata alınmış və 9/246 saylı qeydiyyat şəhadətnaməsi verilmiş «Əfqan» firması 25 noyabr 2016-cı ildə təşkilati hüquqi formasını və adını dəyişərək "xxxx" MMC-nə çevrilmişdir, həmin MMC isə Şəxs QSC-nə çevrilmişdir. Şəxs QSC onun hüquqi varisidir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP-0169901 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nə məxsus «Audi Q7» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 09 may 2021-ci il tarixdə, saat 17:27 radələrində R-57, M-5-Şəki yolunun 10-cu km-liyində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 44 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən elektron protokol Şəki rayonu Qoxmuq kəndində yerləşən "xxxx" MMC-nə göndərilərək qanunla müəyyən edilmiş müddətdə qayda pozuntuları törətmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Lakin "xxxx" MMC (Şəxs QSC) tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə edilmiş qayda pozuntularını törətmiş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş müddətdə məlumat verilməmişdir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP-0169910 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Əfqan» firmasının mülkiyyətində olan «JAC YÜK» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 05 oktyabr 2021-ci il tarixdə, saat 14:47 radələrində Binəqədi şossesi, Xırdalan dairəsində dayanma qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən elektron protokol Şəki rayonu Qoxmuq kəndində yerləşən «Əfqan» firmasına göndərilərək qanunla müəyyən edilmiş müddətdə qayda pozuntuları törətmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Lakin «Əfqan» firması (Şəxs QSC) tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə edilmiş qayda pozuntularını törətmiş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş müddətdə məlumat verilməmişdir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP-0169903 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nə məxsus «Honda Civic minik» markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 17 may 2021-ci il tarixdə, saat 13:39 radələrində Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində (“İST-petrol” YDM-nin yanı) yol nişanlarının tələblərinə riayət etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Qeyd edilən elektron protokol Şəki rayonu Qoxmuq kəndində yerləşən "xxxx" MMC-nə göndərilərək qanunla müəyyən edilmiş müddətdə qayda pozuntuları törətmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Lakin "xxxx" MMC (Şəxs QSC) tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə edilmiş qayda pozuntularını törətmiş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş müddətdə məlumat verilməmişdir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X2 tərəfindən 04 dekabr 2021-ci il tarixdə tərtib edilmiş AP-0169912 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Əfqan» firmasına məxsus «XXMG XZJ5328JKZ25 yük» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28 avqust 2021-ci il tarixdə, saat 12:21 radələrində Zabrat qəsəbəsi ist1də qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Qeyd edilən elektron protokol Şəki rayonu Qoxmuq kəndində yerləşən «Əfqan» firmasına göndərilərək qanunla müəyyən edilmiş müddətdə qayda pozuntuları törətmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Lakin «Əfqan» firması (Şəxs QSC) tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə edilmiş qayda pozuntularını törətmiş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş müddətdə məlumat verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında verdiyi izahatında Şəki ŞRPŞ-nin DYPB-nin sorğularının nümayəndəsi olduğu təşkilatın mühafizəçisinə deyil, vəzifəli şəxsinə təqdim edilməli olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etsə də məhkəmə araşdırması zamanı həmin sorğuların məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin əməkdaşına təqdim edilməsi inkar edilməmişdir. Poçt əməkdaşı tərəfindən vəzifəsindən asılı olmayaraq müəssisə əməkdaşına təqdim edilmiş bildirişin, müəssisə tərəfindən onu qəbul etmiş şəxsin lazimi səllahiyyətlərə malik olmaması əsası ilə cavablandırılmamasına haqq qazandıra bilməz. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin izahatları ilə yanaşı işdə olan sənədlərlə də tam təsdiq edilmişdir. Məhkəmə törətdiyi inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-176/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-176/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver