Məhkəmə qərarları › İş №3(075)-178/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-178/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-178/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Cunud kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2526/2014 saylı, xx.xx.2014-cü il tarixli, icra sənədinə əsasən borclular X9 və Şəxs 542 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12655/2016 saylı, xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən borclu Şəxs 55,72 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5449/2018 saylı, xx.xx.2018-ci tarixli, icra sənədinə əsasən Şəxs 301 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6347/2018 saylı, xx.xx.2018-ci il tarixli, icra sənədinə əsasən Şəxs 181 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)1491/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X10 və Şəxs 293 ABŞ dolları borc və 20 azn dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 3041/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 265 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-9924/2016 saylı xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən borclu Şəxs 557,76 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011 )-1445/2016 saylı, xx.xx.2016-cı il cı il tarixli icra sənədinə əsasən borclular X11, Şəxs və X1 müştərək qaydada 910 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2593/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X4 müştərək qaydada cəmi 167 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2526/2014 saylı, xx.xx.2014-cü il tarixli, icra sənədinə əsasən borclular X9 və Şəxs 542 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12655/2016 saylı, xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən borclu Şəxs 55,72 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5449/2018 saylı, xx.xx.2018-ci tarixli, icra sənədinə əsasən Şəxs 301 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6347/2018 saylı, xx.xx.2018-ci il tarixli, icra sənədinə əsasən Şəxs 181 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1491/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular X10 və Şəxs 293 ABŞ dolları borc və 20 azn dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3041/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 265 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-9924/2016 saylı xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən borclu Şəxs 557,76 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011 )- 1445/2016 saylı, xx.xx.2016-cı il cı il tarixli icra sənədinə əsasən borclular X11, Şəxs və X1 müştərək qaydada 910 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2593/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X4 müştərək qaydada cəmi 167 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq 01,10.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il xx.xx.2017-ci il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il, xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilməmişdir. Dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə icra sənədləri üzrə tələblərin icrasını təmin etməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-9924/2016 saylı xx.xx.2016-cı il tarixli, icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs Şəki Rayon Məhkəməsinin 8(075)- 1278/2017 saylı, xx.xx.2017-ci il tarixli məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Göstərilən borclu barəsindəki icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2526/2014 saylı, xx.xx.2014-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 6347/2018 saylı, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2593/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 5449/2018 saylı, xx.xx.2018-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 12655/2016 saylı, xx.xx.2016-cı il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-9924/2016 saylı xx.xx.2016-cı il tarixli, icra sənədləri üzrə hal-hazırki tarixədək heç bir ödəniş etməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 1445/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə hazırda 453 ABŞ dolları və 20 manat dövlət rüsumu, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)1491/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə isə 212 ABŞ dolları borc və 20 manat dövlət rüsumu ödənilməmiş məbləğ olaraq qalmışdır. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli borc məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 06 mart 2023-cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2526/2014 saylı, xx.xx.2014-cü il tarixli, icra sənədinə əsasən borclu X9 və ondan 542 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-12655/2016 saylı, xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən ondan 55,72 manat borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5449/2018 saylı, xx.xx.2018-ci tarixli, icra sənədinə əsasən ondan 301 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 6347/2018 saylı, xx.xx.2018-ci il tarixli, icra sənədinə əsasən ondan 181 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)1491/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X10 və ondan 293 ABŞ dolları borc və 20 azn dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-3041/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 265 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-9924/2016 saylı xx.xx.2016-cı il tarixli, icra sənədinə əsasən ondan 557,76 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1445/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X11, X2 və ondan müştərək qaydada 910 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2593/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X8 və ondan müştərək qaydada cəmi 167 ABŞ dolları borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bildirmişdir ki, onun zamin olduğu işlər üzrə məlumatı olmamışdır. Həmçinin maddi imkanı aşağı olduğu üçün icra sənədlərində tələb olunan borc məbləğlərini ödəməmişdir. O, hal-hazırda fəhləlik edərək qazanc əldə edir. Onun halhazırda İcra sənədlərində tələb olunan borc məbləğlərini ödəməyə maddi imkanı yoxdur. Ancaq borclarını hissə-hissə ödəyəcəkdir. Övladının xəstə olmasını nəzərə alaraq ona vaxt verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 06 mart 2023-cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs maddi imkanın olmaması səbəbindən ödəniş etməməsini, həmçinin ödəniş etmək istəsə belə, zəruri olan bank hesablarını bilməməsidir. Odur ki, onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədlərindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədlərinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədləri üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 mart 2023-cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 06 mart 2023-cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 06 mart 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 06 mart 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar