Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-178/2025 30.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, müəyyən etdi: Şəxs barəsində tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində xx.xx.2025-ci il tarixdə, saat 10:02 radələrində Şəxs idarə etdiyi “Mercedes” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Aşağı Küngüt, İbrahimkənd marşurut xəttində lazım olan sənədləri fərqlənmə nişanı təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib edən orqana və inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Göründüyü kimi, hazırki iş üzrə İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar göstərilməmişdir. Məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunla nəzərdə tutulmuş sənədlər tələb edilmiş, bu məsələyə görə sürücü olaraq Şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, inzibati protokolu tərtib edən orqan tərəfindən avtomobilin həqiqətən Şəxs məxsus olmasını, həmin vaxt onun tərəfindən idarə olunub, olunmadığını sübut edəcək hallar göstərilməmişdir. Eyni zamanda onun sürücülük hüququnu təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin ön hissədən çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir ki, həmin fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı müəyyən edilir, lakin həmin avtomobilin kimin tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin, protokol tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verildiyi bildirsə də, həmin şəxsə bildiriş göndərilməsinə dair sənəd, həmin bildirişin şəxsə rəsmi qaydada çatdırılmasına dair iş materiallarına sübut, poçt qəbzi, poçt göndərişinin imzalanmış kötüyü və ya xəbərnamə əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmamışdır. Belə olan halda qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi halları olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 145.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-178/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-178/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver