Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-179/2024 04.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X16 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Şəki rayonu, Əliyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx) olan, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Əliyar kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 04 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 249,67 manat məbləğində kredit borcu alınaraq “Unibank’ KB ASC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X3 cəmi 936,14 manat məbləğində kredit borcu alınaraq “Unibank* KB ASC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 547 manat məbləğində borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 4708 saylı. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 3909,78 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 6285 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 357,91 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 249,67 manat məbləğində kredit borcu alınaraq “Unibank’ KB ASC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X3 cəmi 936,14 manat məbləğində kredit borcu alınaraq “Unibank* KB ASC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 1477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 547 manat məbləğində borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 4708 saylı. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 3909,78 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 6285 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X2 cəmi 357,91 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu X5 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün X11ma dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun .nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə yığılmış aliment borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət., kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclunun ünvanı ünvan 1 borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində 30 04.2023-cü il tarixdə 820831 saylı axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədləri üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borcundan az miqdarda ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra borcluya dəfələrlə xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu ödəniş elməkdən boyun qaçırmış və icra məmurunun çağırışlarına gəlməmişdir. xx.xx.2024-cü il tarixində borclu Şək rayonu üzrə icra və probasiya şöbəsinə gəlmiş, ondan izahat alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında maddi vəziyyətinin ağır olmasını əsas gətirərək icra sənədləri üzrə tələbi təmin etməyəcəyini bildirmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu, Əliyar kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu yuxarıda qeyd edilən icra sənədləri üzrə bugünədək heç bir ödəniş etməmişdir. Hazırda borclunun tərəf olduğu beş icra sənədi üzrə 6000,50 manat qalıq borcu mövcuddur. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu X9 tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1280/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 249,67 manat məbləğində kredit borcu alınaraq "xxxx" KB ASC-nə ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 936,14 manat məbləğində kredit borcu alınaraq "xxxx" KB ASC-nə ödənilməlidir. Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-1477/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 547 manat məbləğində borc alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 4708 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 3909,78 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. Şəki regional “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 6285 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 357,91 manat məbləğində kredit borcu alınaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədlərində göstərilən borclarını ödəyə bilməmişdir. Bildirmişdir ki, ərindən boşanmışdır. Birgə nikahlarından olan uşaqları onun himayəsindədir. 150 manat aliment alır. Lakin keçmiş əri alimenti vaxtı-vaxtında ödəmir. Hal-hazırda heç yerdə işləmir. İşlədiyi vaxtlarda aylıq 400 - 450 manat gəliri olmuşdur. O, daimi olaraq azyaşlı oğlu ilə birlikdə Bakı şəhərində, Mehdiabad qəsəbəsində yaşayır. 230 manat kirayə pulu ödəyir, aylıq komunal xərcləri 50 manat təşkil edir. Eytiyaclarını və maddi tələbatlarını valideynlərinin köməkliyi ilə qarşılayır. Hal-hazırda borclarını ödəməyə maddi imkanı yoxdur. 15 martdan sonra borclarından ödəniş etməyə başlayacaqdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Səbinə Hikmət qızının əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Şəxs himayəsində 21 aprel 2014-cü il təvəllüdlü X15 adlı övladı vardır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(051)-59/2023 saylı qətnaməsindən görünür ki, X13 ilə Şəxs arasında olan, Salyan rayonu Yenikənd İƏN-də 11 № ilə bağlanmış nikah qeydi pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-ci il təvəllüdlü X10 anası Şəxs yanında qalması müəyyən olunması, cavabdeh X7 xx.xx.2014-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat miqdarında aliment, məhkəmə üçün ödənilmiş 50 manat rüsum və Mediasiya xidməti üçün ödənilmiş 60 manat pul tutulub iddiaçı Şəxs verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan 21 aprel 2014-cü il təvəllüdlü övladının olmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-179/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-179/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver