Məhkəmə qərarları › İş №3(075)-18/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-18/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-18/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə xx xxxxx 2003-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, X6 küçəsi, 8 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki şəhəri, X6 küçəsi ev 8-də qeydiyyatda olan 2003-cü il təvəllüdlü Şəxs 15.11.2021-ci il tarixdə, saat təxminən 23:45 radələrində, “Hyundai Elantra” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xİ Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən saxlamılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs psixotrop maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs psixotrop maddə qəbul etdiyi müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına iştirak etməmişdir. Həmçinin məhkəmə iclas katibinə məxsus mobil telefondan Şəxs istifadəsində olan ***-***-**-** mobil telefona zəng vurular və “sms” göndərilərək ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəxs 15.11.2021-ci il tarixdə, saat təxminən 23:45 radələrində sürücülük hüququ olduğu halda psixotrop maddənin təsiri altında “Hyundai Elantra” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Ələt Astara istiqamətində idarə etdiyini etiraf etmiş və Massallı postunda, Xİ Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılaraq avtomobili psixotrop maddənin təsiri altında idarə etməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini təsdiq etmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli 3422 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs öz deməsinə görə narkotik psixotrop maddə qəbul etmişdir. Şəxs 15 noyabr 2021-ci il tarixdə, saat 23:18-də narkotester A.M.P cihazı ilə müayinə edilmiş və onda narkotik psixotrop maddə sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan Şəki ŞRPŞ DYPB-nin rəisi, polis mayoru X1 inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında 27 dekabr 2021-ci il tarixli qərardaddan görünür ki, Şəki şəhəri, X6 küçəsi ev 8-də qeydiyyatda olan 2003-cü il təvəllüdlü Şəxs 15.11.2021-ci il tarixdə, saat təxminən 23:45 radələrində, “Hyundai Elantra” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xİ Tağım YPX inspektoru, polis baş serjantı X2 tərəfindən saxlamılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs psixotrop maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs psixotrop maddə qəbul etdiyi müəyyən olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılıb qərar qəbul olunması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti özünün izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar