Məhkəmə qərarları › İş №3(075)-18/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-18/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-18/2023 04.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova Ruziyyə Şaban qızının və onun nümayəndəsi (vəkil) X13, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsi Nümayəndə iştirakları ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə təqsirli bilinərək barəsində X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir. X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən onun barəsində 08 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi müəyyən edilmiş, eyni zamanda həmin protokol əsasında 15 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla ona 2000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas kimi Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında işləyən X5 2022-ci ilin oktyabr ayı üzrə əmək haqqının hesablanmaması və ödənilməməsi, həmçinin iş ilinə görə əmək məzuniyyətinin verilməməsi göstərilmişdir. O, həmin qərarla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 20 dekabr tarixli 3058 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət mktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Azərbaycan Respublikasının şəhər və rayon yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə 25 fevral 2022-ci il tarixli, 04-09-18/17 nömrəli məktubla müraciət edərək, vətəndaşların əmək hüquqlarının tənzimlənməsi məqsədi ilə yerli təhsil idarəetmə orqanının müraciətləri əsasında məktəbəqədər təhsil müəssisələrinə işə qəbul ediləcək və ya işdən azad olunacaq şəxslərin əmək müqaviləsi bildirişinin şəhər və rayon yerli icra hakimiyyəti orqanları tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə “Əmək müqaviləsi bildirişləri” alt informasiya sisteminə daxil edilməsi barədə aidiyyəti struktur bölmələrinə müfaviq göstəriş vermələri xahiş edilmişdir. Qeyd edilənlərə əsasən o, öz üzərinə düşən vəzifəsini yerinə yetirərək, X4 əmək müqaviləsinin vaxtının 01 oktyabr 2022-ci il tarixdə bitəcəyini nəzərə alıb, avqust və sentyabr aylarında Şəfəq müəlliməyə, müdir olaraq onun əmək müqaviləsinin vaxtını uzatmaq, yeni əmək müqaviləsi bağlamaq səlahiyyəti olmadığı üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət etməsini bildirmişdir. Şəfəq müəllimə də, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinin qəbulunda olduğunu, əmək hüquqları ilə bağlı ərizə ilə müraciət etdiyini bildirmişdir. Sonradan Şəfəq müəllimənin ərizəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin cavabından heç bir məlumatı olmamışdır. X4 əmək hüquqları ilə bağlı X15 Xidmətinin Şəki regional ərazi şöbəsinə yazılı surətdə ətraflı şəkildə məlumat göndərmişdir. Müdir olaraq onun X4 əmək hüquqları ilə bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyəti olmadığı halda X15 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşı tərəfindən onun barəsində 08 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında da 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarla ona 2000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında izahat verən X3 bildirmişdir ki, onun barəsində tərtib edilmiş qərarla razı deyil. O 2008-ci ildən bağçada direktor vəzifəsində işləmişdir. Hal-hazırda həmin vəzifədən azad edilmişdir. 08 dekabr 2022-ci il tarixdə X15 Xidmətinin Şəki regional ərazi şöbəsi əməkdaşları tərəfindən onun barəsində protokol tərtib olunmuş və o həmin protokol əsasında 2000 manat məbləğində cərimə edilmişdir. Protokol tərtib etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Belə ki, 15 ilə yaxındır ki X7 onunla birlikdə işləyir. X4 65 yaşının bitməsinə bir neçə ay qalmış onun əmək müqaviləsinin vaxtı bitmişdir. Onu işə götürmək və ya müqaviləni təzələmək səlahiyyəti əvvəllər icra hakimiyyətində, sonradan isə təhsil idarəsinədə olmuşdur. Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdiri olaraq onun belə bir səlahiyyəti olmamışdır. Buna görə də Şəfəq Əli-Əkbər qızına bununla bağlı təhsil idarəsinə müraciət etməsini təklif etmişdir. Şəfəq Əli-Əkbər qızı ərizə ilə təhsil idarəsinə müraciət etmiş, lakin sonradan ona həmin ərizənin itməsi ilə bağlı məlumat vermişlər. Daha sonra onun özüdə bununla baöğlı təhsil idarəsinə dəfələrlə müraciət etmişdir. Lakin onun müraciətlərinə cavab verilməmişdir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 müdafiəçisi X19 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X6 işə götümək kimi bir səlahiyəti olmamışdır. Belə bir səlahiyət əvvəllər İcra Hakimiyyətinə daha sonra isə Regional Təhsil İdarəsinə məxsus olmuşdur. X9 dəfələrlə təhsil idarəsinə məlumat verməsinə baxmayaraq, ona rəsmi qaydada heç bir cavab verilməmişdir. Belə olan halda isə X6 əməlində inzibati xəta tərkibi olmur. Şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən X9 barəsində qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi Nümayəndə bildirmişdir ki, X7 ərizə ilə müraciət edərək Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında işlədiyini və əmək hüquqlarının pozulmasını bildirmişdir. Müraciət edən şəxsin izahatı alınan zaman onun əsas iddiasının əmək haqqının ödənilməməsi və iş ilinə görə əmək məzuniyyətinin verilməməsi olmuşdur. Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasına sorğu məktubu göndərilərək müvafiq sənədlərin təqdim edilməsi xahiş edilmiş və sənədlər təqdim edilməmişdir. Müəssisədən ancaq məktub daxil olmuş və həmin məktubda Şəfəq İsmayılovanın 2022-ci ilin oktyabr ayı üzrə 2 saatlıq iş qrafikinə uyğun olaraq tam iş ayı əmək funksiyalarını icra etmiş və tabeldə də eyni qaydada qeydiyyat aparılmışdır. Lakin Şəki-Zaqatala RTİ-nin Şəki sektorundan daxil olan və Ruziyyə Mahmudova tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu tabellərində həmin şəxsə iş saatı qeyd edilməmiş və buna gprə də əməkhaqqı hesablanmamış və ödənilməmişdir. X12 tərəfindən təsdiq olunan və daxil olan məzuniyyət qrafikində 2022-ci iş ili üzrə Şəfəq İsmayılovaya məzuniyyət verilməsi nəzərdə tutulmamışdır. Bağça tərəfindən sənədlər təqdim edilmədiyi üçün yenidən regional idarəyə müraciət edilmiş və səlahiyyətli şəxslər tərəfindən əmək müqaviləsi və digər bir neçə sənəd təqdim edilmişdir. Araşdırma ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Şəki şəhər İcra Hakimiyyətindən daxil olan məzuniyyətə buraxılma ilə bağlı əmr də Ruziyyə Mahmudova tərəfindən verilmişdir. Həmçinin məktubda sənədləşmə işlərinin rəsmiləşdirilməsi əmək müqaviləsinin işəgötürən tərəfi kimi bağça müdirinin çıxış etdiyi bildirilmişdir. Araşdırma ilə bağlı bir neçə dəfə sorğu məktubu verilmiş və İcra Hakimiyyətindən eyniməzmunlu məktublar daxil olmuşdur. Bununla bağlı Şəki-Zaqatala regional Təhsil İdarəsində də məktub ünvanlamış və onlarda həmin şəxsin işəgötürən olmasını təsdiq etmişdirlər. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilsə də, onlara işəgötürmə səlahiyyətlərinin verilməsi ilə bağlı bənd əlavə edilməmişdir. Burdanda məlum olur ki əvvəlki dövrlərdən də həmin şəxslərin işəgötürmə səlahiyyətləri vardır və əmək müqaviləsi bağlanılarkən işəgötürən qismində çıxış edirlər. Şəki şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki bağça müdirləri istisna olmaqla digər şəxslər bağçalar tərəfindən işə qəbul edilir. Barəsində inzibati xəta haqqında tədbir görülən şəxs X9 qeyd olunanları inkar etmiş araşdırmaya icra hakimiyyətindən sənəd təqdim edə biləcəyini desə də, heç bir sənəd təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, şəxs yalan məlumat verərək özünü müdafiə etməyə çalışır. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X15 Xidmətinin Şəki regional ərazi şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X7 01 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi ilə Şəki şəhər 22 saylı uşaq bağçasında musiqi rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kənd uşaq bağça müdiri X14 ilə X10 arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli, 05 nomrəli əmrdən görünür ki, X10 həmin tarixdən Kiçik Dəhnə kənd uşaq bağçasına ocaqçı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 17 noyabr 2022-ci il tarixli, 2/1751 nömrəli məktubunun surətindən görünür ki, bir qayda olaraq uşaq bağçalarının işçiləri işə qəbul olunarkən, onların işə qəbul əmrləri və əmək müqavilələri məhz həmin uşaq bağçalarının müdirləri tərəfindən işlənib rəsmiləşdirilir. Bundan sonra, bağça tərəfindən Şəki Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatına təqdim edilən əmrlər aparat tərəfindən “X18”ndə qeydiyyata alınır. İş materiallarına əlavə edilmiş Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 22 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, məktəbəqədər təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi birbaşa müəssisə rəhbəri (bağça müdiri) tərəfindən müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə icra edilir. O cümlədən işçilərin işə qəbulu, işdən azad olunmaları (məzuniyyətə buraxılma) barədə əmrlər və yazılı əmək müqavilələrinin imzalanması müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 3(075)-18/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarında görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-69/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarında görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin 3(075)-18/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı 02 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə 01 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2020-ci il tarixədək müdəttli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi üzrə bildirişdə işə götürən orqan Şəki şəhər İcra Hakimiyyəti kimi qeyd edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7, 01 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi ilə Şəki şəhər 22 saylı uşaq bağçasında musiqi rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. X7, ona əmək haqqının ödənilməməsi və iş ilinə görə əmək məzuniyyətinin verilməməsini bildirərək X15 Xidmətinin Şəki regional ərazi şöbəsinə müraciət etmişdir. X15 Xidmətinin Şəki regional ərazi şöbəsində araşdırma aparılaraq Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələri ilə təqsirli bilərək 2000 manat inzibati cərimə etmişdir. X2 qərarı əsassız hesab edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, X6 şikayətinə münasibətdə qeyd edir ki, iş maeriallarında olan sənədlərdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının məktubunda uşaq bağçalarının işçiləri işə qəbul olunarkən, onların işə qəbul əmrləri və əmək müqavilələri məhz həmin uşaq bağçalarının müdirləri tərəfindən işlənib rəsmiləşdirilməsi qeyd edilsə də, Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işəgötürənin Şəki şəhər İcra Hakimiyyəti kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X6 İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar