Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-180/2023 09.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1978-ci il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq tələbkar Poladova (Qurbanova) Xəyalə Nazim qızına ödənilməlidir. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin məhkəmənin 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə müəyyən edilmiş hər ay 100 manat alimentin məbləği artırılaraq 180 manat müəyyən edilərək borclu Şəxs alınaraq tələbkar X4 ödənilməlidir. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment alınaraq tələbkar X4 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq tələbkar Poladova (Qurbanova) Xəyalə Nazim qızına ödənilməlidir. Sonradan tələbkar X1 rayonu üzrə İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə barışdığını və onunla birlikdə yaşadıqlarını bildirmişdir. Lakin 2021-ci ildə tələbkar yenidən ayrıldıqlarını və aliment tələb elədiyini bildirmişdir. Göstərmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin məhkəmənin 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə müəyyən edilmiş hər ay 100 manat alimentin məbləği artırılaraq 180 manat müəyyən edilərək borclu Şəxs alınaraq tələbkar X4 ödənilməlidir. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ondan izahat alınmışdır. Tərəflərindən borcluya hal-hazırda onun 1700 manat aliment borcu olduğu bildirilmişdir. Sözügedən aliment pulunun ödənilməsi ilə bağlı fikri sorulmuş, borclu isə verdiyi izahatında 100 manat aliment puluna qarşı hər ay 300-330 manat aliment pulu ödədiyini bildirmişdir. Borclu verdiyi izahatında dekabr ayında ona 250 manat aliment pulu ödədiyini bildirmişdir. Göstərmişdir ki, borclu 2700 manat aliment borcundan 1000 manatını 3 ay ərzində hissə-hissə ödəmişdir. Hal-hazırda borclu Şəxs 1700 manat məbləğdə aliment borcu vardır. Göstərmişdir ki, borclu ilə tələbkarın nikahları pozulmamışdır. Onlar bir müddət RF-da yaşamışlar. Borclu 2019-cu ildən 2021-ci ilin nöyabr ayınadək tələbkarla birlikdə yaşamış, hətta birlikdə olduqları müddətdə onların 2020-ci ildə ikinici bir övladları da anadan olmuşdur. Qətnamə ilə aliment 14 yaşlı uşaqları üçün müəyyən edilmişdir. Göstərmişdir ki, borclu son altı ay ərzində aliment borcundan 2000 manat civarında ödəniş etmişdir. Lakin tələbkar yuxarı orqanlara zəng və teleqram vuraraq şikayət etməklə aliment məbləğinin tam olaraq ödənilməsini tələb edir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə protokol vermişlər. Göstərmişdir ki, borclu 14 yaşlı övladının təhsil alması, yəni hazırlıqlara getməsi üçün bütün xərcləri özü çəkir. Həmçinin övladının dərslərinə getməsi üçün ona taksi tutmuş, xərcini də özü çəkir. Qeyd etmişdir ki, aliment məbləğini tələbkarın deməsinə görə müəyyən etmişdir. Bilir ki, borclu alimentdən kənar da uşaqlarına müəyyən ödənişlər edir və onlara maddi və mənəvi dəstək olur. Alimentin yığılmasının səbəbi də tələbkarın borclu ilə küsüb-barışmasıdır. Bildirmişdir ki, borclu mütəmadi olaraq aliment borcundan ödənişlər edir. Bundan başqa xx.xx.2022-ci il tarixdə borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə vermişdir. Məhkəmənin qərarı ilə İnzibati xəta haqqında protokola xitam verilmişdir. Həmin qərardan sonrakı dövürdədə borclu aliment üzrə ödənişlərini vaxtında etmişdir. Borcun belə artması yeni qətnamələrin qəbul edilməsi ilə bağlıdır. Qısa müddət ərzində yenidən inzibati xəta haqqında protokol tələbkar şikayət elədiyi üçün tərtib edilmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq tələbkar X4 ödənilməlidir. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin məhkəmənin 2(041)-1098/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə müəyyən edilmiş hər ay 100 manat alimentin məbləği artırılaraq 180 manat müəyyən edilərək borclu Şəxs alınaraq tələbkar X4 ödənilməlidir. Bundan başqa Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(041)-1081/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment alınaraq tələbkar X4 ödənilməlidir.İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, o, 2007-ci ildə tələbkar X7 ilə ailə qurmuşdur. Onların ailə münasibətlərindən iki övladları olmuşdur. Uşaqlarından kiçiyinin 3 yaşı, böyüyünün isə 14 yaşı vardır. Bildirmişdir ki, o, tələbkarla ümumiyyətlə ayrılmamışdır. Aralarında bağlanmış nikahları da pozulmamışdır. Göstərmişdir ki, ailə qurduqdan sonra bir müddət RF-da yaşamışlar. Sonradan Şəkidə də yaşamışlar. Lakin tələbkar Şəkidə yaşamaq istəmədiyindən, Gədəbəydə qaynatası tərəfindən ona verilmiş torpaqda da ev tikmiş və orada da yaşamışlar. Birlikdə yaşasalar da 2016-ci ildə tələbkar aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və birinci uşağı üçün 100 manat aliment müəyyən edilmişdir. Lakin sonradan barışaraq bir yerdə yaşamış və daima ailəsinin qayğısını çəkmiş, hazırda da çəkir. 2019-cu ildə yenidən barışaraq 2021-ci ilin noyabr ayınadək bir yerdə yaşamışlar. Lakin 2021-ci ilin noyabr ayında münasibətləri pozulmuş və tələbkar yenidən icra sənədinin icrasını tələb etmişdir. Göstərmişdir ki, 2020-ci ildə 2-ci uşaqları anadan olmuşdur. Həmin uşaq üçün yuxarıda qeyd edilən Məhkəmə qətnamələri üzrə yeni olaraq aliment müəyyən edilmişdir. Göstərmişdir ki, alimentdən əlavə 14 yaşlı uşağının məktəb və hazırlıq xərclərini özü qarşılayır. Hətta bu yaxınlarda ona 800 manata telefon da alıb vermişdir. 6 ay öncəyədək tələbkar ondan aliment tələb etməmiş, lakin o hər ay ailəsinə pul göndərmişdir. Hazırda tələbkarın deməsinə görə 2300 manat aliment borcu var. Ümumiyyətlə son altı ay ərzində tələbkara hər ay 300 manat olmaqla 2000 manata yaxın aliment ödəmişdir. Bu ayın axırınadək də 350 manat aliment ödəyəcəkdir. Keçən 20 gün ərzində aliment borcundan 350 manat ödəniş etmişdir. Göstərmişdir ki, o, hal-hazırda Bakı-Şəki avtobus marşurutunda sürücü işləyir. Aylıq 600 manat məbləğdə əmək haqqı alır. Təxminən 3-4 ay müddətində bütün aliment borcunu ödəməyinə söz verir. Bildirmişdir ki, əslinə baxdıqda o ailəsinə 2300 manatdan da artıq pul vermişdir. Lakin bu barədə sübutları yoxdur. Son altı ayda isə icra məmurunun göstərişinə əsasən pulu poçt vasitəsilə ödəmiş və çeklərini icra məmuruna göndərmişdir. Aliment ödəməkdən qərəzli olaraq yayınmır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək göstərmişdir ki, borclu Şəxs aliment ödənişlərini vaxtında edərək son altı ay ərzində 2000 manata yaxın pul ödəmişdir. Göründüyü kimi borclu Şəxs icra sənədini icra etməkdə qərəzli olaraq boyun qaçırmır. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş mütamadi ödənişlər qəbzlərindən görünür ki, borclu Şəxs son altı ay ərizndə tələbkara 2000 manat civarında aliment ödənişi etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən qarşı tərəfə hər ay 360 manat məbləğlərdə ödəniş edilmişdir. Borclu Şəxs 6 ay ərzində aliment borcundan hissə-hissə olmaqla 2000 manatını ödəmişdir. Həmçinin keçən 20 gün ərzində də borclu tərəfindən 350 manat aliment borcu ödənilmişdir. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-180/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-180/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver