Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-181/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X26 Xidmətinin X9 nümayəndəsi X12 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X11 tərəfindən barəsində qəbul edilmiş 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X26 Xidmətinin X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməyi ilə bağlı inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* №-li qərarın ləğv edərək cərimənin üzərindən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaş X19 çatası 13,48 manat məbləğində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya gecikdirilərək ödənildiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X9 xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoluna əsasən 1000 (bir min) manat məbləğində cərimələnmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X9 xx.xx.2025-ci il tarixli 3-17-5/2- 8258/2025 №-li məktubunun başlığından göründüyü kimi, vətəndaş X24 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinə 2 dəfə - 2025-ci il yanvarın 24-ü və 31-i müraciət edilmişdir. X5 göstərilən müraciətlərindən hansının əsaslı olduğu təsdiq edilərək inzibati məsuliyyəti yaradacaq əlamətlər olduğuna görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X11 tərəfindən barəsində tədbirlər görülməsi məsələsinin onun iştirakı ilə hərtərəfli araşdırılmasına ehtiyac vardır. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan resursları şöbəsi tərəfindən Maliyyə şöbəsinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş xx.xx.2025-ci tarixli 18-1- 71/3-1- 73/2025 №-li əmrinə əsasən X5 işdən çıxdığı gün 2025-ci il yanvarın 15-dir. Belə çıxır ki, 2025-ci il yanvarın 16-ı müəssisə rəhbərinin və onun imzaladığı ödəniş tapşırığı ilə X5 kart hesabına ödəniş edildiyi halda belə bu, araşdırma nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş ödənc sayılacaqdır. Göstərilən əmrin maliyyə şöbəsinə vaxtında çatdırılmamasına görə o məsuliyyət daşımır. Bu barədə işin baxılması zamana qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial tylüdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X9 rəis müavini X25 bildirmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin saxlanılma xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bir qada olaraq, ayda bir dəfə maliyyyələşdirilir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 2025-ci ilin yanvar ayı üzrə saxlanma xərci üçün xx.xx.2025-ci il tarixdə maliyyələşmə açıldıqdan sonra vətəndaş X19 çatası 13,48 manat vəsait həmin gün kart hesabına ödənilmişdir. Göründüyü kimi, vətəndaş X19 çatası 13,48 manat məbləğində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi onun təqsiri ucbatından gecikdirilməmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X26 Xidmətinin X9 nümayəndəsi X21 izahat verərək bildirdi ki, işçilərin vahid ixtisas kitabçası olur. Maliyyə sektoru müdirinin işəgötürənin əmrini mübahisələndirmək kimi vəzifəsi yoxdur. Əmr vermək əmək qanunvericiliyinə görə işəgötürənin əsas hüququdur. Əmrə müdaxilə edilməsi yolverilməzdir. İşəgötürən tərəfindən əmrdə işçinin istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Lakin şikayətçi tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilən zaman işçi ilə son haqq-hesab gec edilmişdir. Sonradan əmrdə nəzərdə tutulmuş ödənilməli olan məbləğ ödənilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X26 Xidmətinin X11dən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olmaqla məhkəmə iclasında tədqiq edilmiş; - X26 Xidmətinin X9 baş əmək müfəttişi X22 tərtib etdiyi 28 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Şəki RMX” PHŞ-nin işçisi olmuş X20 əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə xitam verilmən zaman Əmək Məcəlləsinin 178-ci maddəsinin tələbləri pozularaq son haqq hesab gecikdirilərək ödənilmişdir. İşə götürənin xx.xx.2025-ci il tarixli, 18-1-71/3-1-73/2025 saylı xitam əmri qanunvericiliyinə uyğun icra edilməmişdir X3 Azərbaycan Respublikasının İXMnin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X11 tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyevin xx.xx.2024-cü il tarixli, 18-1-71/3-1-1820/2024 saylı əmrindən görünür ki, X4 Xidmətlərinin təşkili şöbəsində sanitar qadın, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənişsiz məzuniyyət verilməsi, xx.xx.2024-cü il tarixdə işə başlaması əmr edilmişdir. - xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilmişdir ki, X4 Xidmətlərinin təşkili şöbəsində sanitar qadın işləyir. X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə işə başlamalıdır. Lakin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək işə gəlməmiş və bu barədə ərizə ilə müraciət etməmişdir. X13 barəsində lazımi tədbir görülməsi xahiş edilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyevin xx.xx.2024-cü il tarixli, 18-1-71/3-1-1820/2024 saylı əmrindən görünür ki, X10 Səhiyyə xidmətlərinin təşkili şöbəsində sanitar qadın, xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda - heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi, X10 işdən azad edilməsi ilə bağlı son haqq-hesabının hesablanıb verilməsinin Maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinova tapşırılması əmr edilmişdir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə X13 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə puzduqda əsası ilə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Səhiyyə xidmətlərinin təşkili şöbəsi” bölməsində “sanitar qadın” vəzifəsində işləyən X30 ilə bağlanılmış 5CC8AVV000200 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xx.xx.2025-ci il tarixindən xitam verilməsi, işçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədr istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyevin xx.xx.2025-ci il tarixli, 18-1-71/3-1-73/2025 saylı əmrindən görünür ki, X10 Səhiyyə xidmətlərinin təşkili şöbəsində sanitar qadın, xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda - heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi, X10 işdən azad edilməsi ilə bağlı son haqq-hesabının hesablanıb verilməsinin Maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinova tapşırılması əmr edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 şikayətində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ bəndinə əsasən (a) əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, (b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi əsas hüquqları vardır. 11-ci maddəsinin İİ bəndinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 178-ci maddəsinin İ bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İş materiallarından göründüyü kimi “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyevin xx.xx.2025-ci il tarixli, 18-1-71/3-1-73/2025 saylı əmrinə əsasən X10 Səhiyyə xidmətlərinin təşkili şöbəsində sanitar qadın, xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda - heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi, X10 işdən azad edilməsi ilə bağlı son haqq-hesabının hesablanıb verilməsinin Maliyyə şöbəsinin müdiri Bayram Şəmsəddinova tapşırılması əmr edilmişdir. X29 tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyevin xx.xx.2025-ci il tarixli, 18-1-71/3-1-73/2025 saylı əmri vaxtında icra edilməmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X8 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin X11 tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-181/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-181/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver