Məhkəmə qərarları › İş №3(075)-182/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-182/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-182/2024 05.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Şəki şəhəri, M.Abbasov küçəsi, ev 4 qeydiyyatda olmaqla yaşayan, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-945/2022-018 saylı, 14 iyul 2022-ci il tarixli icra sənədinin icrası təmin edilmədiyi üçün borclu X4 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, e-2(075)-945/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 23586 manat məbləğində pul vəsaiti və 161 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Tələbkarın verdiyi məlumata görə borcun 12686 manatı ödənilib, 10900 manat borc və 161 manat dövlət rüsumu ödənilməyib. Borcu tərəfindən sonuncu dəfə 4 ay əvvəl ödəniş edilmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)- 1322/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********26188 olan “Samsung Galaxy A21s” markalı telefon üçün 184,8 manat (yüz səkən dörd manat 80 qəpik) ödənilməmiş hissə, 18,2 manat (on səkkiz manat 20 qəpik) cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” Paltaryuyan üçün 1052,8 manat (min əlli iki manat 80 qəpik) ödənilməmiş hissə, 105,2 manat (yüz beş manat 20 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1361 manat borc və 33,61 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Tələbkarın verdiyi məlumata görə borcun 865 manatı ödənilib, 529.61 manatı qalıb. Şəki Rayon Məhkəməsinin 2(075)-4197/2018-002 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxs 1479,2 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə ümumiyyətlə ödəniş olunmayıb. Şəki Rayon Məhkəməsinin e-2(075)-3655/2018-014 nömrəli, 27.07.201 ö-ci il tarixli icra sənədi üzrə Şəxs 2176 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclunun verdiyi məlumata görə 1500 manat ödənilib, 1600 manat borc qalıb. İcra sənədləri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədləri borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də ondan sonra keçən uzun müddət ərzində icra sənədləri üzrə tələblərin icrası tam təmin edilməmişdir. İcra sənədinin icrası üzrə borclu şöbəyə çağırılmış, izahatı alınmış, icra sənədinin hissə-hissə icra edilməsi barədə qərar olmadığı halda borcunu hissə-hissə, ayda 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Borclu həmçinin fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, qazancının olduğunu bildirmişdir. Borclu şöbəyə gəlməkdən imtina etdiyindən barəsində axtarış elan edilmiş və bu gün səhər saat 11:00-da şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilən icra sənədləri üzrə borcu ödəməkdən boyun qaçırmır. Fiziki şəxsə olan borcundan 10900 manat qalmışdır. Hər ay ona mütəmadi olaraq 1000 manat ödəniş etsə də hazırda 3-4 aydır ki, alver olmadığından ödəniş edə bilmir. Hazırda şirniyyat sexlərindən mal götürərək paylamaqla pul qazanır. Solitona olan borcunu mütəmadi olaraq ödəyir. Yalnız Azercell-ə olan borcundan heç bir ödəniş etməmişdir. Axırıncı dfə xx.xx.2023-cü il tarixdə şöbədə olmuşdur. Həmin tarixdən sonra ona bildiriş gəlməmişdir. Bu gün saat 10:00-dan şöbədədir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsini xahiş edir. X11 Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bir neçə aydır ki, fikizi şəxs X3 heç bir ödəniş etməmişdir. Həmçinin digər icra sənədləri üzrə də borc məbləğləri qalmaqdadır. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün X6 tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. X7 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X7 05 mart 2024-cü il tarixdə, saat 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X1 hərəkət etmək imkanı 05 mart 2024-cü il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından, X4 həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 05 mart 2024-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar