Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-186/2024 07.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Bəkirov Yusif Şücaət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X6 və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə xx xxxxx 1994-cü il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 09 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27647 olan “X14 8” markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 09 iyul 2020-ci il tarixli müqavilə üzrə “Hoffmann’ markalı soyuducu, “LG” LED televizor üçün 2615,4 manat ödənilməmiş hissə ümumilikdə 3101,40 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1784/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat, 300 (üç yüz) manat mənəvi zərər və 130 manat dövlət rüsumu olmaqla, cəmi 8168 manat alınaraq tələbkar X8 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 789.92 manat məbləğində əsas borc, 32.64 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 3.65 manat cərimə borcu olmaqla, cəmi 838,77 manat məbləğində borc, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-3698 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 78,11 manat məbləğində borc tutularaq "Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5174 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 56,68 manat məbləğində borc tutularaq '‘Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmot" morkczindo notariat ofisi tərəfindən verilmiş 8İ-19485 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 130 manat məbləğində borc tutularaq BOKT "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22740 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs və X1 cəmi 5536,80 manat məbləğində borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 09 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27647 olan “X14 8” markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 09 iyul 2020-ci il tarixli müqavilə üzrə “Hoffmann’ markalı soyuducu, “LG” LED televizor üçün 2615,4 manat ödənilməmiş hissə ümumilikdə 3101,40 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1784/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat, 300 (üç yüz) manat mənəvi zərər və 130 manat dövlət rüsumu olmaqla, cəmi 8168 manat alınaraq tələbkar X8 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 789.92 manat məbləğində əsas borc, 32.64 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 3.65 manat cərimə borcu olmaqla, cəmi 838,77 manat məbləğində borc, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-3698 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 78,11 manat məbləğində borc tutularaq "Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 5174 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 56,68 manat məbləğində borc tutularaq '‘Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmot" morkczindo notariat ofisi tərəfindən verilmiş 8İ-19485 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 130 manat məbləğində borc tutularaq BOKT "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22740 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs və X1 cəmi 5536,80 manat məbləğində borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2021 -ci il, 05.11 2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün oorclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədiəri üzrə tələbin icrası tam olaraq təmin edilmənişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakınır, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu, Cəfərabad kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixində borclu borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədləri üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında icra sənədləri üzrə borundan az miqdarda ödəniş edə biləcəyini bildirmişdir. Hazırda Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə qalıq borc 137,03 manat, eyni məhkəmə tərəfindən verilmiş 2(075)-1784/2022 saylı, 05.11 2022-ci il tarixli icra sənədi üzrə qalıq borc 6500 manat təşkil edir. Yuxarıda göstərilən digər icra sənədləri üzrə (Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1356/2023 saylı, xx.xx.2023-cü il tarixli. Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilniş 8İ-3698 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5174 saylı, xx.xx.2023-cü il tarixli. Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-19485 saylı, xx.xx.2023-cü il tarixli və Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22740 saylı, xx.xx.2023-cü il tarixli) bu günədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş və nəticədə uzun müddət icra sənədlərinin icrası icra edilmədən qalmışdır. Ümumilikdə halhazırda yeddi icra sənədi üzrə borclunun 13307,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs səhər saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:40-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 09 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27647 olan “X14 8” markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 09 iyul 2020-ci il tarixli müqavilə üzrə “Hoffmann’ markalı soyuducu, “LG” LED televizor üçün 2615,4 manat ödənilməmiş hissə ümumilikdə 3101,40 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1784/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat, 300 (üç yüz) manat mənəvi zərər və 130 manat dövlət rüsumu olmaqla, cəmi 8168 manat alınaraq tələbkar X8 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 789.92 manat məbləğində əsas borc, 32.64 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 3.65 manat cərimə borcu olmaqla, cəmi 838,77 manat məbləğində borc, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-3698 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 78,11 manat məbləğində borc tutularaq "Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5174 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 56,68 manat məbləğində borc tutularaq '‘Azercell Telekom” MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət" morkczindo notariat ofisi tərəfindən verilmiş 8İ-19485 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 130 manat məbləğində borc tutularaq BOKT "xxxx" MMC-nə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 22740 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və X1 cəmi 5536,80 manat məbləğində borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Tələbkarla olan borclarından müəyyən məbləğlərdə ödəniş etmişdir. Maddi imkanı aşağı olduğu üçün qalan borclarını ödəyə bilməmişdir. Bildirmişdir ki, atası ağır xəstədir. Atasının müalicəsi üçün çoxlu pul xərcləndiyindən hazırki borclarını ödəməyə maddi imkanı çatmamışdır. O, kənddə qəssablıqla məşğul olur. Onun digər şəxslərdən alacağı borcları vardır. Ona olan borclar ödənilmədiyi üçün hazırki tələbkarlara olan borclarını ödəyə bilməmişdir. Növbəti aydan başlayaraq borclarını hissə-hissə yaxın zamanda ödəyib bitirəcəkdir. Ona vaxt verilməsini istəyir. Əlavə olaraq bildirdi ki, 07 mart 2024-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra saat 15:40-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil izahat verərək bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınmır. Borclunun atası ağır xəstədir. Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1784/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcludan 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat, 300 (üç yüz) manat mənəvi zərər və 130 manat dövlət rüsumu olmaqla, cəmi 8168 manat alınaraq ona verilməlidir. Borclu müəyyən məbləğlərdə ödəniş etsə də, uzun müddətdir ki, ödənişləri dayandırmışdır. Borclu qərəzli olaraq icra sənədlərinin icrasından yayınır. Borcluya dəfələrlə borclarını ödəməsi üçün şans verilmişdir. Borcun tam ödənilməsini tələb edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1356/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 789.92 manat məbləğində əsas borc, 32.64 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 3.65 manat cərimə borcu olmaqla, cəmi 838,77 manat məbləğində borc, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Borcluya dəfələrlə borcunu ödəməsi üçün vaxt verilsə də, borcunu ödəməmişdir. Qərəzli olaraq icra sənədlərinin icrasında yayınır. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəslərin izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 07 mart 2024-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 07 mart 2024-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəldikdən sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 07 mart 2024-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 07 mart 2024-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-186/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-186/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver