Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-188/2024 07.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu Əliyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ X6n daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 07 mart 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 07 mart 2024-cü, saat 15:50 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin inzibati binasında ucadan səs-küy salaraq ünvansız söyüşlər söyməklə polisin qanuni tələblərinə tabesizlik etmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00-16:00 radələrində Şəxs Sarıca PB-nin həyətində ucadan səs-küy salmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etsələr də o, yenə də ucadan səs-küy salmış və söyüş söymüşdür. Polis əməkdaşları tərəfindən raportla rəisə məruzə edildikdən sonra iş mənim icraatıma verilmişdir. Şəxs otağıma dəvət edib onunla söhbət apardıqdan sonra aydın oldu ki, torpaq mübahisəsi ilə bağlı bölməyə gəlmişdir. Onunla bir nəfər qarşılıqlı olaraq torpaq mübahisəsi apardıqlarından onu polis bölməsinə dəvət etmişlər. Barəsində protokol tərtib edildi. Şəxs törətdiyi əməlin xarakterini nəzərə alaraq onun barəsində daha ağır cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, torpaq mübahisəsi ilə bağlı X7 şikayətə getmişdir. Həmin vaxt ona zəng gəlmiş və o, əsəbləşmişdir. Bu səbəbdən də ağzından söyüş çıxmışdır. Həmin vaxt ona polis əməkdaşları yaxınlaşaraq sakit olmasını bildirdikdə, o, onlara qarşı aqresivlik göstərərək yenidən söyüş söymüş və ucadan danışmağa davam etmişdir. Polis əməkdaşları onu bölməyə dəvət edərək barəsində protokol tərtib etmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə X6 Orxan Səfərovla birlikdə xidmətdə olarkən bir nəfər şəxsin binanın həyətində ucadan səs-küy saldığını eşitmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və nəyə görə səs-küy saldığını soruşmuşlar. Həmin şəxs isə səbəbsiz yerə ucadan səs salmağa davam etmiş, əvvəlcə ünvansız, daha sonra isə polisin ünvanına söyüş söyməyə başlamış, nalayiq ifadələr işlətmiş, bölmənin iş rejiminin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də onlar tərəfindən raport yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Sarıca polis bölmənin manqa komandiri X4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00- 16:00 radələrində Elçin Əhmədzadə ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin binanın həyətində ucadan səs-küy saldığını eşitmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və nəyə görə səs-küy saldığını soruşmuşlar. Həmin şəxs isə səbəbsiz yerə ucadan səs salmağa davam etmiş, əvvəlcə ünvansız, daha sonra isə polisin ünvanına söyüş söyməyə başlamış, nalayiq ifadələr işlətmiş, bölmənin iş rejiminin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də onlar tərəfindən raport yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00-16:00 radələrində şikayət etmək üçün bir nəfər tanışı ilə X7 getmişdir. Orada olan bir nəfər şəxsin ucadan danışaraq səs-küy saldığını görmüşdür. Bu zaman polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Həmin şəxs ucadan nalayiq ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:50-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 1 ədəd “Redmi” markalı telefon, 1 ədəd cib dəsmalı, 4 ədəd 1 manatlıq əskinaz, 1 qutu Maqna siqareti aşkar edilərək götürülmüşdür. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs nalayiq ifadələr işlətməklə Şəki ŞRPŞ Sarıca PB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ictimai qaydanı pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 07 mart 2024-cü il saat 15:50-dən hesablansın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-188/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-188/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver