Məhkəmə qərarları › İş №3(075)-19/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-19/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-19/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə xx xxxxxx 1968-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon X4 Polis Bölməsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 sentyabr 2021-ci il tarixdə, Şəki rayonu Kiçik Dəhnə kəndində müvafiq icra hakimiyyəti tərəfindən xüsusi icazə almadan mülki ov silahını daşımışdır. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nin Sarıca PB-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin Sarıca PB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs isə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış 206c-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün bu barədə toplanmış materialların surətləri əlavə edilməklə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan Şəki rayon prokuroruna təqrirlə müraciət edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayon prokuroru, ədliyyə müşaviri X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, sonuncu ov silahını müvafiq icazə olmadan saxladığını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri iş materialına əlavə edilmiş izahatları, Şəki şəhər-rayon X4 Polis Bölməsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd yivsiz odlu ov silahı, 01 (bir) ədəd istifadə edilmiş patron gilizi, 02 (iki) ədəd qırma və 02 (iki) ədəd patron dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar