Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-19/2023 08.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şəxs QSC haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10 xx.xx.2021-xx.xx.2022-ci il ərzində hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir və bu səbəbdən QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətalar haqqında protokol tərtib edilərək baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, vətəndaş X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs QSC-də əmək müqaviləsi bağlanmadan ilk bir həftə topoqraf, sonradan isə iş icraçısı işləmişdir. Vətəndaş müraciətinə bəzi sənəd surətləri qoşulmuşdur ki, onlar əsasında vətəndaş S.Eldarov həmin QSC-də işlədiyini iddia edirdir. Bu faktla əlaqədar sənədlər toplanmış, həmin QSC-nin işçiləri X2, X4, X8 izahatı alınmışdır ki, həmin şəxslər həmin xx.xx.2021-xx.xx.2022-ci il müddətində S.Eldarovun ŞəxsQSC-də işləməsini təsdiq etmişlər. X12 Şəxs QSC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi öz təsdiqini tapdıından həmin QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol qanuni və əsaslıdır. Qanunamüvafiq qərarın verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsi üzrə təqsirli bilinməsi qanunsuzdur. Belə ki, inzibati xəta haqqında protokolda yeganə sübut qismində göstərilmiş sübut X3 izahatıdır. Lakin məhkəmə iclasında dindirilmiş həm Ə.Soltanov, həm də digər 2 şahid Sahab Eldarovun QSC-də 01 sentyabr 2022-ci il tarixindən əvvəl işləmədiyini təsdiq etdilər. Üstəlik müəyyən olundu ki, Ə.Soltanov 4-cü sinifədək oxuduğundan oxuyubyazmağı bacarmır. Buna görə səlis xətlə yazılmış onun izahatı şübhə doğurur. Məhkəmədə müəyyən olundu ki, izahatı Ətraf Soltanov yazmayıb. Şübhəli məqamlar da barəsində inzibati xəta haqqında iş aparan şəxsin xeyrinə yozulur (İXM-ə əsasən). Digər tərəfdən işləməsi iddia olunan dövrdə Sahab Eldarov rəsmi olaraq digər təşkilatda, yəni “X6 İdarəsi” MMC-də çalışmışdır. Orada 9:00-dan 18:00-dək işləyə işləyə QSC-də də işləməsi mümkünsüzdür. Həmçinin İXM-nin 192.1-ci maddəsinin törədilməsində təmsil etdiyi şəxslərin təqsirinin olmasını məhs X14 Xidməti sübut etməlidir. Onu da sübut edə bilmir, hər hansı mötəbər sübut məhkəməyə təqdim etmir. Qeyd edilənləri nəzərə alaraq nümayəndə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək göstərmişdir ki, o, Şəxs QSC-nin əməkdaşıdır, həmin QSC-də fəhlə işləyir, Eldarov Sahab həmin QSC-də 2022-ci ilin sentyabrından işləyir. O, işə başlayandan sonra Eldarov Sahabla bir yerdə təxminən bir ay yaşamışdır. Bildirmişdir ki, Sahab onların qonşu kəndindəndir. Sahab onun qonşusu ilə ailə qurmuşdur. O, Sahabı buradan tanımışdır. O, məktəbi 4-cü sinfədək oxuduğundan yaxmağı və oxumağı bacarmır. Göstərmişdir ki, sözü gedən izahatı o yazmamışdır. İzahatı Sahab ona gətirmişdir ki, o, imzalasın. Lakin həmin izahatda “öz əl yazmamla yazdım və imzamla təsdiqlədim” sözləri əks olunmuşdur. Məhkəmə iclasında şahid X13 izahat verərək göstərmişdir ki, o, 02 sentyabr 2022-ci il tarixdən Şəxs QSC-nin Basqal kəndində yerləşən filialında işə başlamışdır. O, Sahabla eyni vaxtda işə başlamışdır. Sahab 2022-ci ilin sentyabr ayının əvvəlindən həmin şirkətdə işləyirdi. İşə başladığı aydan əvvəl Eldarov Sahabla heç bir tanışlığı olmamış və onun həmin şirkətdə işləməyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X1 izahat verərək göstərmişdir ki, o, Şəxs QSC-nin Basqal kəndində yerləşən filialında 2020-ci ilin dekabr ayından işə başlamışdır. Eldarov Sahab 2022-ci ilin sentyabr ayından Şəxs QSC-də işə başlamışdır. Sahab bəzən işə gəlmiş, bəzən isə gəlməmişdir. Çünki Sahab başqa bir sahibkarın bağında işləmişdir. O, Sahabı ancaq işdən tanımışdır. Sahabla başqa bir tanışlığı olmamışdır. Onun özü hal-hazırda Şəxs QSC-də işləyir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, Şəxs QSCnin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sahab Eldarov şikayət ərizəsi ilə 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmişdir. Törədilməsi iddia olunan inzibati xətanın davam etdiyi dövrdə qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsindən göründüyü kimi Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırdatalamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 38.1, 38.2, 53.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı : Şəxs QSC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-19/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-19/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver