Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-190/2024 09.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X4 iştirakı ilə, X8 barəsində tərtib edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 06 mart 2024-cü il tarixdə saat 08:30 - 09:00 radələrində Şəkidə qəbir üstünə gedərkən idarə etdiyi “Mercedes Benz 270” CDİ minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı maşını Şəki şəhər yol polis əməkdaşları Kimya- Biologiya Təmayüllü liseyin qarşısında saxlayaraq, etibarnamənin vaxtının bitdiyini bildirdilər. Etibarnamənin müddətindən cəmi 1 gün keçmişdi. O, onlara maşının həyat yoldaşının adına olduğunu demiş və onlar ondan soruşmadan nikah şəhadətnaməsinin də maşında olduğunu bildirmişlər. Qeyd etmişdir ki, maşın birgə nikah dövründə alınıb və o, xx.xx.1990-cı ildən rəsmi olaraq nikalanıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinə və mülki qanunvericiliyə əsasən birgə nikah dövründə alınan əmlaklar paylı əmlaklar hesab edilir. Bir saat onu incidəndən sonra yol polis əməkdaşları maşını cərimə meydançasına aparmışlar. Uzun sürən mübahisədən sonra ona qanunsuz olaraq Şəki rayon Yol Patrul Xidməti inspektoru X1 tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol qeyri-qanuni olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X8 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X2 ilə xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuşdur. Qeyd edilən nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə həyat yoldaşının adına qeydiyyata alınmışdır. Bu səbəbdən də şikayətin təmin edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 06 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X8 İXM-nin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında xx.xx.1990-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 193 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 270” CDİ minik markalı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən X3 mülkiyyətindədir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materialları ilə nəqliyyat vasitəsinin şikayətçi tərəfindən idarə ediləsi sübuta yetirilir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, nəqliyyat vasitəsi birgə mülkiyyətdədir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 barəsində tərtib etdiyi inzibati xəta haqqında TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X8 barəsində tərtib edilmiş 06 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-190/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-190/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver