Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-191/2021 02.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan Şəki şəhəri, Novruz küçəsi, 35 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 86/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10169 manat borc alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-86/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10169 manat borc alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə 10169 manat məbləğində borcu mövcuddur. Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdər yəni xx.xx.2020-ci ildən hal-hazırki tarixə qədər ona edilən xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə icra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında hal- hazırda icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-86/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə ondan cəmi 10169 manat borc alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Ödəniş etməyə maddi imkanı yoxdur. Həmçinin, məhkmə qərarı ilə razı deyil və onu ədalətsiz hesab edir. Bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmiş, lakin iş məhkəmənin icraatına qəbul edilməmişdir. “xxxx” MMC-də fəhlə işləyir, 250 manat əmək haqqı alır, həmin məbləğin 70%-i hər ay aliment öhdəliyimə görə tutulur. Əlavə olaraq bildirdi ki, xx xxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:40-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-86/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10169 manat borc alınaraq onun xeyrinə ödənilməlidir. Lakin borclu indiyədək borcunu ödəməmişdir. Qərəzli olaraq icra sənədinsən yayınır. Göstərmişdir ki, borclunun 5500 manat aliment borcu da vardır. Borclu barəsində sərt qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxx 2021-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxx 2021-ci il tarixdən, saat 15:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-191/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-191/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver