Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-192/2021 20.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:50-də Şəki Rayon Məhkəməsinin inzibati binasının birinci mərtəbəsində yerləşən açılıb bağlanan şüşə qapını əsəbi halda ayağı ilə qırmış, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 12:50-də Şəki Rayon Məhkəməsinin inzibati binasının birinci mərtəbəsində yerləşən açılıb bağlanan şüşə qapını əsəbi halda ayağı ilə sındırmışdır. Bununla bağlı Şəki ŞRPŞ-də HK1/97 saylı material üzrə araşdırma aparılmış və xx.xx.2021-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti Şəki ŞRPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Şəxs barəsində qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X1 onun əridir. Özü əvvəllər sahibkar kimi fəaliyyət göstərmişdir. Hazırda isə səhhəti ilə əlaqədar sahibkarlıq fəaliyyətini dayandırmışdır. Əri Coşqun ilə birlikdə Zərdab şəhərində obyekt almışlar, sonradan həmin obyekti başqa bir şəxs almaq istəmişdir və bununla bağlı aralarında mübahisə yaranmışdır. Həmin obyektlə bağlı mübahisəyə Zərdab rayon məhkəməsində baxılmış, qarşı tərəfin xeyrinə qətnamə çıxarılmışdır. Zərdab rayon məhkəməsinin çıxardığı həmin qətnamədən Apellyasiya şikayəti vermişlər. Həmin şikayətlə əlaqədar xx.xx.2021-ci il tarixdə saat 11:45-də Şəki Apellyasiya məhkəməsində proses olmalı imiş. Buna görə də həmin tarixdə qabaqcadan əri Coşqunla birlikdə məhkəmə zalına gəlib əyləşmişlər. Qarşı tərəf isə hələ gəlməmişdir, təxminən 20-25 dəqiqədən sonra qarşı tərəf gəlib çıxmış və məhkəmə prosesi başlamışdır. Məhkəmə prosesi gərgin keçmiş, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə razılaşmamış, onların da sübutlarının olduğunu bildirmiş, lakin sədrlik edən onun sübutlarını qəbul etmək istəməmiş, onun sözünə məhəl qoymamışlar. Belə olanda o, hakimlərə demişdir ki, 3 aydır ki, o sənəd yığır, sübut toplayır, uzaq yol gəlmişdir, o, isə buna məhəl qoymur. Bununla bağlı məhkəmə zalında gərginlik olmuş, həmin vaxt əsəbləşib özündən çıxmış, əsəbdən bədəni əsmiş, bundan sonra konkret olaraq hansı hərəkətlərə yol verdiyini xatırlamamışdır. O yadında olmuşdur ki, zaldan çölə çıxmış, hakim köməkçisi içəridən qapını bağlamışdır. O, isə qapını döyüb demişdir ki, açın qapını bir kəlmə söz demək istəyir. Lakin qapını açmamışlar. Belə olub oradan uzaqlaşmış, əsəbi halda hara getməyini özü də bilməmişdir, bir təhər birinci mərtəbəyə düşmüş, necə düşdüyünü də xatırlamır. Birinci mərtəbədə qarşısına şüşə çıxmış, şəffaf olduğu üçün şüşə qapını görməmiş və toxunanda həmin qapı sınmışdır. Şəkəri olduğu üçün əsəbləşəndə özündə olmamış və ancaq məhkəmə zalından çölə çıxmağa çalışmışdır ki, hava alıb özünə gəlsin. Sonradan əri Coşqun onu avtomaşınına mindirib Şəki MRX-na aparmışdır. Orada ona tibbi yardım göstərildikdən sonra özünə gəlmiş, bundan sonra əri Coşqunla birlikdə yenidən Məhkəmə kompleksinə qayıtmışlar. Orada onları ağsaqqal bir kişi qəbul etmiş, o həmin şəxsə olmuş vəziyyəti danışmış, lakin mənası olmadığını görüb oradan çıxıb evlərinə getmişlər. Göstərmişdir ki, əsəbi olduğuna görə bəlkə də yüksək səslə danışmış, bəlkə də kobud ifadələr işlətmişdir, dəqiq deyə bilməz. Pilləkandən hirsli şəkildə düşəndə özündə olmamış, ürəyi darıxdığı üçün tez şəkildə kompleksdən çölə çıxmaq istəmişdir. Gəlib inzibati binanın içərisində olan, polis dayanmış yerə çatmış, çölə çıxmaq istəmişdir, ancaq bu vaxt qarşısında maneə olduğunu görməmişdir. Nəyinsə onu saxladığını hiss edəndə açmaq niyyəti ilə təpiyi ilə həmin yerə vurmuşdur. Hirsli olduğundan nəyinsə qırılıb və ya sınıb yerə düşdüyünə fikir verməmişdir. Çölə çıxmaq istəyəndə polislər onu tutub saxlamaq istəmişlər. Ancaq həyat yoldaşı onu çölə çıxartmışdır. Bundan sonra isə avtomobil dayanacağında onun qıcolması daha da gücləndiyi üçün başını əlləri ilə tutub yerdə oturmuşdur. Məhkəməyə dəymiş 150 manat məbləğində maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmamış, lakin aralarında barışıq da əldə edilməmişdir. Törətmiş olduğu əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin aparat rəhbəri Əzizağa Məmmədov xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə Şəki Apellyasiya Məhkəməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olamadan baxılmasını və qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarın məzmunundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Aparatından xx.xx.2021-ci il tarixdə daxil olmuş 33/78 nömrəli məktubdan və “xxxx“ MMC tərəfindən məktuba əlavə edilmiş “qiymət razılaşdırılma protokolundan görünür ki, 80x55 sm lazer ilə kəsilmiş organik şüşənin qiyməti 150 manatdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarın məzmunundan aydın olur xx.xx.2021-ci il tarixli qəbzlə Şəxs tərəfindən Şəki Məhkəmə kompleksinə vurulmuş 150 manat məbləğində maddi ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş 33/255 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən xx xxxxxx 2021ci il tarixdə Şəki Məhkəmə Kompleksinin giriş hissəsində yerləşən şüşə qapının sındırılması ilə əlaqədar vurmuş olduğu 150 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Bununla əlaqədar olaraq Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 33/255 nömrəli məktubunda göstərilmişdir ki, Şəxs vurmuş olduğu 150 manat məbləğində maddi ziyan tam ödəmiş buna görə də Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Lakin iş materiallarını təhlil edərkən zərərçəkmiş təşkilatla Şəxs arasında barışığın olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin Şəxs da məhkəmə iclasında iştirak edərkən aralarında barışıq olmamasını göstərmişdir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş təşkilatla Şəxs arasında Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində göstərilmiş qaydada barışıq əldə edilməmişdir. Buna görə də məhkəmə Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (150 manatın) bir misli məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-192/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-192/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver