Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-192/2024 11.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şəki rayonu Yol patrul xidməti inspektoru, polis kiçik sertjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu Yol patrul xidməti inspektoru, polis kiçik sertjantı X3 tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 07 mart 2024-cü il tarixdə, saat 00:05 radələrində İXM-nin 327.1 və 333-1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X4 Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 3(075)-192/2024 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsindən həmin Məcəllənin 333-1.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbləri pozulmuşdursa, səlahiyyətli orqan qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şəki rayonu Yol patrul xidməti inspektoru, polis kiçik sertjantı X3 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 mart 2024-cü il tarixdə idarə etdiyi “Hyundai accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olduğu zaman tərəflərindən saxlanılmışdır. Sürücü ilə danışıq zamanı hərəkətlərindən şübhələndikləri üçün narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar. Bu zaman sürücü səmimi şəkildə 10 - 12 gün qabaq narkotik vasitə hesabh edilən marixuana qəbul etdiyini bildirmişdir. Bundan sonra onlar həmin sürücünü həkim müayinəsinə aparmışlar. Sürücüdən narkotesterlə analiz götürülmüş və onun marixuana qəbul etməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə, saat təxminən 23:10 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri, M.Abbasov küçəsində hərəkətdə olduğu zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onunla danışan zaman şübhələndiyi üçün ondan narkotik vasitə qəbul edib-etməməsini soruşmuşdur. Bu zaman onun özü səmimi şəkildə 10 - 12 gün qabaq narkotik vasitə olan marixuana qəbul etdiyini etiraf etmişdir. Bundan sonra onlar həkim yoxlanmasına getmişlər. Ondan narkotesterlə analiz götürülmüşdür. Analiz nəticələrində onun narkotik vasitə qəbul etməsi öz təsdiqini tapmışdır. Bildirmişdir ki, o, təxminən 12 gün qabaq narkotik vasitə hesab edilən marixuana qəbul etmişdir. Avtomobili idarə edən zaman narkotik vasitə qəbul etməmişdir. Narkotik vasitədən 12 gün əvvəl istifadə etsə də, qanında tərkibləri qalmışdır. Əməlindən peşmandır. Bir daha bu gür əməllərə yol verməyəcəkdir. Barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 07 mart 2024-cü il tarixli, 468 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs yoxlanma zamanı narkotik vasitə hesab edilən marixuanadan istifadə aktı aşkar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş 07 mart 2024-cü il tarixli, 468 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda Şəxs narkotik vasitə hesab edilən THÇ marixuana qəbul etməsi öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özü izahatında etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 333-1.1-ci maddəsinin sanksiyası çərçivəsində 600 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-192/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-192/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver