Məhkəmə qərarları › İş №3(075)-193/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-193/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-193/2024 27.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi, polis mayoru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Səmədov X1 Xətalar Məcəlləsini 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İT-nin polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixi qərara əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şəki ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Qeyd edilən qərara əsasən Şəxs İXM-nin 590.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17/872 nömrəli, 25 dekabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “İJ” modelli,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “E 23285” №-li xarici çaxmaqlı, hamar tək lüləli - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamar lüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istidafə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondur, istifadəyə (atəşə) yararsızdır. Tədqiq edilən 19 (on doqquz) ədəd predmet hamar lüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin hissəsidir-qırmalardır. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş “cinayət işinin tövsif olunması, iş üzrə icraatın xitam olunması və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Şəki ŞRPŞ-nin İTB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs aşkar olunub götürülmüş 01 ədəd ov tüfəngi, 01 ədəd patron və 19 ədəd qırmanın Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına göndərilməsi üçün şöbənin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəxs Şəki ŞRŞ-də verdiyi izahatı, Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən cə ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 ədəd № E 23285 nömrəli, 16 kalibrli, İJ modelli, patronluğunun uzunluğu 70 mm olan, yivsiz ov tüfəngi, ona məxsus 01 ədəd 16 kalibrli patron və 19 ədəd qırma dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar