Məhkəmə qərarları › İş №3(075)-194/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-194/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-194/2021 06.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1950-ci il tarixdə Yevlax rayonu Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş xx xxxxx 2021ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 15 radələrində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «Nissan Micra» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki giriş yolunun 9-cu km-liyində hərəkətdə olarkən «Mercedes Benz 250 minik» markalı, **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Şəxs ehtiyatsızlığından «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və onun sahibi X1 100 manat məbləğində maddi ziyan dəyməklə Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində zərərçəkmiş şəxs X1 məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis serjantı X4 izahat verərək göstərdi ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 15 radələrində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «Nissan Micra» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki giriş yolunun 9-cu kmliyində hərəkətdə olarkən «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs ehtiyatsızlığından «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və onun sahibi X1 100 manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Zərərçəkmiş şəxsin Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də xx xxxxx 2021-ci il tarixdə, saat 15 radələrində oğlu X5 məxsus «Nissan Micra» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Həmin avtomaşınla Şəki giriş yolunun 9-cu km-liyində hərəkətdə olarkən «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan vurmuşdur. Hadisə nəticəsində bədən xəsarəti alan olmamış, «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Etdiyi əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə son verir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Nissan Micra» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X7 ona məxsus «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 etibar etmişdir. İş materiallarında əlavə edilmiş Şəki RMX-nin Narkoloji Şöbəsinin xx xxxxx 2021-ci il tarixli, 76 və 77 nömrəli sərxoluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs və X3 ayıq olmuşlar. İş materiallarında əlavə edilmiş Şəki “Avtomotoservis” ATSC tərəfindən xx xxxxx 2021-ci il tarixdə verilmiş 6 nömrəli aktdan görünür ki, «Mercedes Benz 250 minik» markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tənəkəçi işi üçün 50 manat, rəngsaz işi üçün 50 manat olmaqla, cəmi 100 manat xərc tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikasının İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, səmimi peşmançılığını, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar