Məhkəmə qərarları › İş №3(075)-196/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-196/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-196/2023 10.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X10, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəki şəhəri, 3 saylı uşaq musiqi məktəbində müəllim, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəməyə təqdim edilmiş MN ******* saylı inzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 27 yanvar 2023-cü il tarixdə X5 şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X15 izahat verərək göstərdi ki, Şəxs 27 yanvar 2023-cü il tarixdə X8 şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilən iş üzrə araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Lakin matrerialı üzrə Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X12 14 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alındığından Şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X16 ilə ailəli olmaqla və birgə nikahılarından iki azyaşlı övladırı vardır. Sonuncu ilə hazırda nikahın pozulması və digər mülki iddia üzrə Şəki Rayon Məhkəməsində mülki işləri vardır. Məhkəmə prosesi zamanı Aytən Bağıyeva və atası övladlarımızı istənilən vaxt görə biləcəyimi bildirdiklərindən 27 yanvar 2023-cü il tarixdə azyaşlı övladlarımı görmək üçün Aytən Bağıyevanın övladları ilə yaşadığı atası evi olan ünvan 2 ünvana getmişdir. Həmin vaxt orada həyat yoldaşının anası X6 onun qabağına çıxmış və övladlarını göstərməyəcəyini bildirərək onun evdən getməsini sərt şəkildə bildirmişdir. Bundan sonra sonuncu ilə aralarında mübahisə olmuş və həmin mübahisənin mobil telefonla video çəkilişini aparmışdır. Mübahisə zamanı isə Ziyafət Ramazanovaya heç bir xəsarət yetirməmiş ona qarşı zor tətbiq etməyərək evdən çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09:10 radələrində Şəxs onların evinə gələrək həyət qapıları açıq olduğundan evə girib onu təhqir etmişdir. Bundan sonra qızı və nəvələri evdə arxa otaqda yatdıqlarından Şəxs evə girib onları narahat etməməsi üçün qarşısına çıxdıqda onu itələmiş və o yerə yıxılmışdır. Zaur evə girdikdən sonra səs küy salaraq qızı Aytən Bağıyevin boğazından tutmuş və nəvələrini narahat edərək onları qorxutmuşdur. Bundan sonra onun çölə çıxardaraq qapını bağlamışdır. Həmin hadisəni də Şəxs telefonla video görüntüsünü aparmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 Təcrübi və Tədris Birliyinin 01 fevral 2023-cü il tarixli, 55 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı bədən üzərində görünən xəsarət və onun izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş flaş kartda olan video görüntüyə baxış keçirilən zaman Şəxs X8 ilə mübahisə etdiyini vbə ona heç bir xəsarət və ya hər hansı zor tətbiq etməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Sözügedən Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması nəticəsində və inzibati xəta haqqında materiallar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X1 Zaur İlyas oğlu qohumluq münasibətində olmuşdur. 27 yanvar 2023-cü il tarixdə Bağıyev X2 Bağıyevanın ailə münasibətləri pisləşmiş və hazırda tərəflər arasında mübahisə vardır. X19 Bağıyev tərəfindən döyülməsi ilə bağlı polisə məlumat vermiş, Şəki şəhər-rayon Polis Şöbəsində aparılan müvafiq araşdırmadan sonra sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İstər Şəki şəhər-rayon Rayon Polis Şöbəsində, istərsə də məhkəmə iclasında Şəxs Z.Ramazanovanı vurmadığını, onunla sözlə mübahisə etdiyini bildirmişdir. Həm məhkəməyəqədər aparılan araşdırma, həm də məhkəmə araşdırılması zamanı X13 Bağıyev tərəfindən döyülməsini təsdiq edən mötəbər sübut əldə olunmamışdır. İşdə olan məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində görünən xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və X17 inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında Protokola xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar