Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-197/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin YPX inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Şəki rayonu, aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şəki rayonu, aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 332.4-cü maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs tərəfindən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol verilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin YPX inspektoru polis baş serjantı X3 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs tərəfindən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol verilmişdir. Belə ki, sürücü Şəxs 02.03.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Ford Transit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Baş Göynük kənd yolundan trasa çıxan zaman Qax rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə qəza baş vermişdir. Bildirmişdir ki, o qəzadan sonra hadisə yerinə gəlmiş, həmin vaxt sürücü Şəxs hadisə yerində olmamışdır. Ancaq 7 gündən sonra onun izahatını almaq mümkün olmuşdur. Şəxs avtomobili idarə etmək üçün aldığı etibarnamənin müddəti bitmişdir. Həmçinin bildirmişdir ki, Şəxs avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olsa da, onun mikroavtobus sayılan “Ford Transit” markalı avtomobili idarə etmək üçün “D” kateqoriyası yoxdur. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, o, 02.03.2022-ci il tarixdə saat 21:30 radələrində etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Baş Göynük kənd yolundan trasa çıxan zaman Qax rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Qarşı tərəfin “Mercedes Vito” markalı və onun avtomobilinə maddi ziyan dəymişdir. Bildirmişdir ki, hadisədən sonra yol kənarında dayanmış kənd sakinləri ilə qarşı “Mercedes Vito” markalı avtomobilin sürücüsü X2 arasında insident yarandığı üçün hadisə yerindən çıxıb getmişdir. Təxminən 10 gün sonra ŞRPŞ DYPB-yə yaxınlaşaraq izahat vermişdir. Bildirmişdir ki, onun “BC” kateqoriyalı sürücülük hüququ olsa da “Ford Transit” markalı 8+1, yəni 13 yerlik avtomobili idarə etməsi üçün “D” kateqoriyalı sürücülük hüququ olmamışdır. Göstərmişdir ki, “Ford Transit” markalı avtomaşını təmir etdirib satmaq niyyəti varmış, lakin sahibi vəfat etdiyindən bu iş gecikmişdir. Etdiyi hər bir əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ 04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında təlimatın 1.4.5-ci maddəsinə əsasən “D” kateqoriyası sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-197/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-197/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver