Məhkəmə qərarları › İş №3(075)-2/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-2/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-2/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə xx xxxxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-də direktor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Şəki şəhəri “Qala hotel”də məsafədən idarə edilən pilotsuz dron aparatını idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs həmin dron aparatını müvafiq orqanların icazəsi olmadan əldə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, X3 da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, “xxxx” MMC-nin direktoru vəzifəsində çalışır. Onun iş fəaliyyəti fotoqrafiya və videoqrafiya xidmətindən ibarətdir. Təxminən 2020-ci ilin fevral-mart aylarında əvvəllər də tanıdığı Kənan adlı dostu 10-15 günlük Moskva şəhərinə istirahət etmək üçün getmişdir. Kənan Azərbaycanda olarkən ondan “dron” aparatı ilə maraqlanmasını, əgər mümkün olacaqsa alıb gətirməsini xahiş etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində o, “Koroğlu” metrosunun qarşısında Kənan ilə görüşmüş, sonuncu “dron” aparatını ona vermiş və Moskva şəhərindən 4000 manat müqabilində aldığını, çantası vasitəsilə “Heydər Əliyev” adına aeroportdan keçirərək gətirdiyini bildirmişdir. O, Kənana həmin yerdə 4000 manat pul vermiş və “dron” aparatını götürmüşdür. Bundan sonra isə qeyd olunan “dron” aparatını özündə saxlamışdır. 2020-ci ilin avqust ayında Şamaxı şəhərinə getmişdir. Orada həmin “dron” aparatı vasitəsilə ətraf ərazilərin videolarını çəkmiş və “Youtube” sosial şəbəkəsində yerləşən “Jalal Mammadov” adlı sosial səhifəsində videoçarx şəklində paylaşmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə köməkçisi olan Rəşad Baloğlanov ilə birlikdə Şəki şəhərinə BMT-nin “UNDP” layihəsi üzrə “Abadçılar” adlı fərdi sahibkarları çəkmək məqsədilə Şəki şəhər ərazisində gəlmişdir. O, Şəki şəhər ərazisində yerləşən “Abad” mərkəzdə qalaraq Şəki şəhər ərazisində “dron” vasitəsilə müxtəlif videoçəkilişlər etməyə başlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Ülvi adlı “UNDP” layihəsinin nümayəndəsi xəstələndiyindən köməkçisi Rəşad ilə birlikdə Şəki şəhərinin müxtəlif guşələrinin şəkillərini çəkmək qərarına gəlmişlər. Bundan sonra isə “dron” vasitəsilə videolar çəkməyə başlamışdır. Bu zaman “Qala hotel” adlı tikilidə çəkilişləri davam etdirən zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, fotoqraf fəaliyyəti ilə məşğul olduğundan “dron” aparatı üçün hər hansı icazə tələb olunduğunu bilməmiş, qanunsuz heç bir videoçəkiliş aparmamış və hər hansı qanun pozuntusuna yol verməmişdir. Hesab edir ki, hər hansı inzibati xətaya yol vermədiyindən məsuliyyətə cəlb oluna bilməz. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs məsafədən idarə etdiyi pilotsuz dron aparatı götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/1244 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-nin 592-1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatı əldə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan məsafədən idarə edilən pilotsuz uçan aparat müsadirə edilməklə, aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə təqsirli bilinərək məsafədən idarə edilən pilotsuz uçan aparat müsadirə edilməklə, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar