Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-2/2022 24.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi (həmçinin əvvəlki məhkəmə iclasında iştirak etmiş Nümayəndə1) Nümayəndə2 iştirakı ilə, X1 Qərb Ərazi Baş Gömrük İdarəsinin 21.10.2021-ci il tarixli, 11000-1436 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000- 1436 saylı qərarı dəyişdirilərək bərəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh növü olan yəni “inzibati xatanın biləvasitə obyekti olan malların müsadirə edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000- 1436 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə 10375 (on min üç yüz yetmiş beş) manat cərimə məbləğində inzibati tənbeh növü tətbiq edilməsi, dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin idxal olunması nəzərə alınmaqla toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Ədliyyə, Gömrük və Vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilinəsi, saxlanılmış maddi sübut olan dərman vasitələrinin QƏRBİ “Tovuz” postunun anbarında saxlanılması qərara alınmışdır. Hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı qərarı dəyişdirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh növü olan yəni “inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi” barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən ona 10375 (on min üç yüz yetmiş beş) manat cərimə məbləğində inzibati tənbeh növü tətbiq edilərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınmamışdır. Bildirmişdir ki, ölkəyə gətirilən dərman satış məqsədi ilə deyil onkoloji xəstəlikdən əziyyət çəkən yaxın qohumu X4 gətirmək istəmişdir. İnzibati işin materiallarına əlavə edilmiş həkim resseptindən göründüyü kimi qeyd edilən dərmanlar Pirməmməd Əhmədova həkim resseptində qeyd edildiyi qədər yəni şəxsi istifadə üçün zəruri miqdarda nəzərdə tutlduğu qədər gətirilmişdir. Hal-hazırda adıçəkilən şəxs Pirməmməd Əhmədovun həyatı həmin dərmanlardan asılıdır. Ekspert rəyindən də göründüyü kimi qeyd edilən dərmanların ölkə daxilində qiyməti olduqca yüksəkdir. Eləcə də həmin dərmanların az sayda gətirilməsi nəqliyyat xərcləri nəzərə alınmaqla yenə baha başa gəlir. Odur ki, onkoloji xəstənin həyatda qalması üçün olduqca zəruri olan bu dərman vasitəsinin bu sayda ölkəyə gətirilməsi qaçılmaz olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən mənə 10375 (on min üç yüz yetmiş beş) manat cərimə məbləğində inzibati tənbeh növü tətbiq edilməsi, barədə qərar qəbul edilərkən dərmanlar ona qaytarılmamışdır. Bu da onu deməyə əsas verir ki, barəsində qəbul eilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Orazi Baş Gömrük İdarəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman və eyni zaman da inzibati xəta haqqında iş üzrə qərar qəbul, edilərkən ailəyə yeganə qazanc gətirən özü olduğunu, əvvəllər heç bir inzibati xəta pozuntusu etmədiyini və törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirmişdir. Törətdiyi inzibati xəta pozuntusunu da bilərəkdən və qərəzli şəkildə etməmişdir. Hesab etmişdir ki, bu hallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal kimi hesab etmək olardı. Bildirmişdir ki, 10375 (on min üç yüz yetmiş beş) manat cərimə məbləğində inzibati tənbeh növü ən ağır inzibati tənbeh növüdür. Çıxarılmış qərar onun maddi vəziyyətini olduqca ağırlaşdırır. Belə ki, o ailədə yeganə qazanc gətirən şəxsdir. Atası illər öncə bundan əvvəl vəfat etmişdir. Himayəsində heç bir yerdə işləməyən və xəstə anası vardır. Həmçinin özündən kiçik olan qardaşı Tehran Rəşidov da İİ qrup əlildir. Hesab etmişdir ki, inzibati qərarı qəbul etmiş orqan onun ailə vəziyyətini araşdırmamış, qeyd etdiyi halları yüngülləşdirici hal kimi qiymətləndirməmişdir. Buna görə də şikayətini əsaslı hesab edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərmişdir ki, 11.09.2021-ci il tarixdə saat 15:15 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü gömrük postunda, Türkiyə Cümhuriyyətindən Azərbaycan Respublikasına “MERCEDES-BENZ” markalı, 99XR467/99ZC764 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn 12.01.1997-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X11 (C********) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Gömrük baxışı zamanı “MERCEDES-BENZ” markalı, 99XR467/99ZC764 nömrə nişanlı nəqliyyat vasitəsinin yan yük yerinin içərisində topa şəkildə yığılmış kəndirlərin arxasından gömrük nəzarətindən gizlədilmiş qara salofanın içərisində ağ salofanlara bükülmüş üzərində “MabThera 500mg/5Uml“ yazıları olan 18 (on səkkiz) flakon və üzərində “PEMTREX 500mg“ yazıları olan 2 (iki) flakon dərmana bənzər predimet aşkar olunmuşdur. Qeyd olunan aktla bağlı Qərb Ərazi BGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 14.09.2021-ci iİ tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə 11000-1301/21 saylı iş üzrə icraat başlanmış, həmin dərman vasitələrinin fıziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasından keçirilməsi üçün 15.09.2021-ci il tarixində qərardad çıxarılaraq 1600- 013/004-24/004412 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və saxlanılan dərman vasitələrinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində dövlət qeydiyyatından keçıb-keçməməsinin müəyyən olunması məqsədi ilə 15.09.2021-ci iİ tarixli, 1600-013/004-24/004413 saylı məktubla Səhiyyə Nazirliyinin “X8”nə müraciət olunmuşdur. Qərb Ərazi Baş Gömrük İdarəsinə 19.10.2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12. 10.2021-ci il tarixli 6/4150, 9/4150, 9/6721 sayi ekspert rəyinə əsasən təqdim edilən dərman preparatları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, həmçinin güclü təsir edən maddələr və onların külli miqdarının habelə zəhərli maddələrin siyahısına daxil olmadığı dərman preparatlarının ümumi dəyərinin 20700 00 (iyirmi min yeddi yüz əlli) manat olduğu müəyyən olunmuşdur. Beləliklə Azərbaycan Respublikası vətəndaşı X6 idarə etdiyi “MERCEDES BENZ” markalı, 99XR467/99ZC764 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş şəkildə ümumi dəyəri ******* manat olan dərman vasitələri aşkar olunmuşdur. Buna görə də 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı inzibati tənbeh vermə haqqında qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 10375 (on min üç yüz yetmiş beş) manat məbləğdə cərimə edilmişdir. Həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21.10.2021-ci il tarixili DGK-A 116344, 11000-1436 nömrəli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinərək 10375 (on min üç yüz yetmiş beş) manat məbləğndə cərimə edilmiş, həmçinin onun tərəfindən dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin idxal olunmasına (CM-nın 200-1.1-ci maddəsi) cəhd olunması nəzərə alınaraq toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Ədliyyə, Gömrük və Vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsini qərara almışdır. Bildirmişdir ki, X6 avtomobilindən aşkar edilərək götürülmüş “MabThera 500mg/50ml“ yazıları olan 18 (on səkkiz) flakon və üzərində “PEMTREX 500mg“ yazıları olan 2 (iki) flakon dərmanlar hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılır. Qeyd etmişdir ki, əgər X11 barəsində cinayət işi başlanmış olsa idi həmin maddi sübut olan dərmanlar istintaqa təhvil verilməli idi. Buna görə də X11 barəsində İXM-nin 480-ci maddəsinin sanksiyasında göstərilən “inzibati xatanın biləvasitə obyekti olan malların müsadirə edilməsi” barədə, deyil onun cərimə olunması barədə qərar qəbul edilmişdir. Hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı qərarı əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 11 sentyabr 2021-ci il tarixli X18 Gömrük postu tərəfindən tərtib olunmuş raportdan görünür ki, 11.09.2021-ci il tarixdə saat 15:15 radələrində 12.01.1997-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X6 idarə etdiyi « Mercedes-Benz » markalı, 99XR467/99ZC764 nömrə nişanlı nəqliyyat vasitəsinin yan yük yerinin içərisində topa şəkildə yığılmış kəndirlərin arxasından gömrük nəzarətindən gizlədilmiş qara salofanın içərisində ağ salofanlara bükülmüş üzərində “MabThera 500mg/50ml“ yazıları olan 18 (on səkkiz) flakon və üzərində “PEMTREX 500mg“ yazıları olan 2 (iki) flakon dərmana bənzər predimet aşkar olunmuşdur. İşdə olan 11 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, gömrük baxışı zamanı «Mercedes-Benz» markalı, 99XR467/99ZC764 nömrə nişanlı nəqliyyat vasitəsinin yan yük yerinin içərisində topa şəkildə yığılmış kəndirlərin arxasından gömrük nəzarətindən gizlədilmiş qara salofanın içərisində ağ salofanlara bükülmüş üzərində “MabThera 500mg/50ml“ yazıları olan 18 (on səkkiz) flakon və üzərində “PEMTREX 500mg“ yazıları olan 2 (iki) flakon dərmana bənzər predimet aşkar olunmuşdur. Azərbaycan Respublikası vətəndaşı X6 idarə etdiyi « Mercedes-Benz » markalı, 99XR467/99ZC764 nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar olunan mallar Qərb Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilmişdir. İşdə olan 12 oktyabr 2021-ci il tarixli, 6/4150,9/6721 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X16” sözləri olan bir ədəd polietilen paketdəki dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil deyildirlər. Həmin rəyin məzmunundan görünür ki, gömrük nəzarətindən keçirilməsi nəzərdə tutulan mallar 18 (on səkkiz) ədəd “Mab Thera 500mg/50ml Roch” və 2 (iki) ədəd “Pemtrex 500mg Koçak Farma” dərman preparatlarıdır. İşdə olan 21 oktyabr 2021-ci il tarixli, 11000-1301/21 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 10375 (on min üç yüz yetmiş beş) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21.10.2021-ci il tarixidə DGK-A 116344, 11000-1436 nömrəli qərarından görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinərək 10375 (on min üç yüz yetmiş beş) manat məbləğndə cərimə edilmiş, həmçinin X11 tərəfindən dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin idxal olunmasına (CM-nın 200-1.1-ci maddəsi) cəhd olunması nəzərə alınaraq toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Ədliyyə, Gömrük və Vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsini qərara almışdır. İşdə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 25 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 əməlində Azərbaycan Respublikası CM-nin 200-1.1 və 206-cı maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş, X6 Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi nəzərə alınmışdır. İşdə olan ölüm şəhadətnaməsini surətindən görünür ki, X5 12.08.2000-ci ildə vəfat etmişdir. İşdə olan Şəki Şəhər İHB-nin Çələbixan məhəlli nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X11 M.Ə.Rəsulzadə küçəsi, ev 92 ünvanında yaşayır, ailə üzvləri X3 və qardaşı İİ qrup əlil olan X7r. Ailələrinin maddi durumu aşağı səviyyədədir, ailəyə təkcə qazanc gətirəcək şəxs X10r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; İXM-nin 480-ci maddəsinin sanksiyasında “inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edillməsi” ilə bağlı alternativ sanksiya nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli inzibati qərarı qəbul etmiş orqan qeyd edilən qərarı qəbul edərkən İXM-nin 31-ci maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, X11 əvvəllər məhkum olunmamış, ilk dəfədir ki, inzibati xəta törətmişdir. Həmçinin işə əlavə edilmiş arayışlarla müəyyən edilir ki, o, ailədə yeganə qazanc gətirən şəxsdir. Atası vəfat etmişdir. Himayəsində heç bir yerdə işləməyən və xəstə anası vardır. Həmçinin özündən kiçik olan qardaşı Tehran Rəşidov da İİ qrup əlil olmaqla onun himayəsindədir. Məhkəmə hesab edir ki, inzibati qərarı qəbul etmiş orqan onun ailə vəziyyətini araşdırmamış, qeyd etdiyi halları yüngülləşdirici hal kimi qiymətləndirməmişdir. Buna görə də çıxarılmış qərar onun onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Bütün yuxarıda sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin olunmalı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı qərarı dəyişdirilməli, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinərək inzibati xatanın biləvasitə obyekti olan Qərb Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilməklə orada saxlanılan 18 (on səkkiz) ədəd “Mab Thera 500mg/50ml Roch” və 2 (iki) ədəd “Pemtrex 500mg Koçak Farma” dərman preparatları dövlət nəfinə müsadirə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130. 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 21 oktyabr 2021-ci il tarixli, 11000-1436 saylı qərarı dəyişdirilsin. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinərək inzibati xatanın biləvasitə obyekti olan Qərb Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilməklə orada saxlanılan 18 (on səkkiz) ədəd “Mab Thera 500mg/50ml Roch” və 2 (iki) ədəd “Pemtrex 500mg Koçak Farma” dərman preparatları dövlət nəfinə müsadirə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-2/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-2/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver